Dərc edildi: Baxış sayı: 636
Eyfel qülləsinə giriş yenə bağlandı
Fransada hökumətin təqaüd islahatına qarşı keçirilən milli tətillə bağlı bu gün Eyfel qülləsinə giriş bağlanıb.
“Report” xəbər verir ki, bu barədə Eyfel qülləsinin “Twitter” səhifəsində qeyd olunur.
Eyni zamanda qüllə ətrafındakı ərazi pulsuz gəzintilər üçün açıqdır.
Qeyd edək ki, Eyfel qülləsinə giriş əvvəllər də tətillə əlaqədar olaraq birgünlük bağlanılmışdı.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət