Slimfit
  1. DÜNYA

Eyfel qülləsi turistlər üçün açıldı

Eyfel qülləsi turistlər üçün açıldı
Sakura

Eyfel qülləsi turistlər üçün açıldı

Eyfel qülləsi bu gündən Paris şəhərinin sakinləri və qonaqlarını yenidən qəbul etməyə başlayıb.

Ens.az “Report” -a  istinadən xəbər verir ki, yeni koronavirus pandemiyası ilə bağlı Parisin bu məşhur məkanı üç aydır bağlı qalmışdı. Bu da İkinci Dünya müharibəsindən sonrakı dövrdə qüllənin fəaliyyətsiz qaldığı ən uzun müddətdir.

Eyfel qülləsinin saytında yerləşdirilən elana görə sosial məsafə qaydasına uyğun olaraq qülləyə gələnlər yalnız pilləkəkanla qalxa biləcək, liftdən istifadə edə bilməyəcəklər. Bununla yanaşı, qülləyə daxil olanların sayı məhdud tutulacaq, yalnız 11 yaşından yuxarı şəxslər içəri buraxılacaq, qoruyucu maska taxmaq məcburi olacaq.

Qeyd edək ki, Eyfel qülləsinə onlayn bilet satışı ayın 18-dən həyata keçirilir.

Parisin görkəmli yerlərindən indiyədək Versal sarayı və Orsay muzeyi daha əvvəl qapılarını açıb. İyulun 1-dən Jorj Pompidu Mədəniyyət və İncəsənət Mərkəzi, 6-dan da Luvr açılacaq.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Norveçdə körpü

Redaktor seçimi

SON XƏBƏRLƏR