Slimfit
  1. QADINLAR ÜÇÜN

Evli Qadınlarda stressin yeddi əsas səbəbi

Evli Qadınlarda stressin yeddi əsas səbəbi
Sakura

Evli Qadınlarda stressin yeddi əsas səbəbi

Ailə həyatı qurduqdan sonra ilk şirin günlər və ehtiraslı sevgi arxada qalır və toydan sonrakı evlilik dövrü başlayır. Və qadınlarda stress üçün yeni səbəblər meydana çıxıır.

Ens.az bildirir ki, evli qadın statusuna yiyələnən gənc qadınların heç də hamısı məişət çətinliklərinə hazır olmur və tez-tez streslə qarşılaşırlar. Buna nələr səbəb olur?

  1. Həddindən artıq müstəqillik Vicdanlı bir işçi, əla evdar qadın və gözəl bir ana olmağa çalışsanız, gec-tez əsəb pozğunluğu yaşayacaqsınız. Bütün rolları bir arada birləşdirmək bir nəfər üçün çox çətindir. Hətta əriniz sizinlə fəxr etsə də və siz özünüzü superqadın kimi hiss etsəniz belə bu cür olmağa çalışmayın. Bunlardan birini əsas olaraq üstlənin, digərlərinin isə əimkanlarınıza uyğun olaraq öhdəsindən gəlməyə çalışın.
  2. Özünə vaxt qalmaması Qaınlar üçün özlərinə fikir vermələri baxımından tək qalmaq, istirahət çox vacibdir. Evli qadınlarda isə bu, çətin məsələdir - xüsusilə dünyaya körpə gətirdikdən sonra. Ancaq özünüzə vaxt tapmaq mütləq lazımdır, əks halda çox stress keçirəcəksiniz.
  3. Uşaqların qayğılarını təkbaşına çəkmək Əksər insanlar uşaqlarla ancaq qadının məşğul olmasına alışıblar. Amma hətta qadın işləmirsə, evin bütün maddi məsələsini kişi həll edirsə belə, bu cür yanaşma kökündən səhvdir. Uşaqlarla məşğul olmaq ağır işdir və əriniz, tutalım bazar günü istirahət zamanı uşaqlarla gəzintiyə vaxt ayırmağa cəhd etmirsə, bu, pis haldır.
  4. Münasibətdə romantikanın olmaması Evlənmək həyat yoldaşı ilə romantik axşamlardan, söhbətlərdən imtina edilməsi anlamına gəlməməlidir. Əksinə, romantika münasibətlərinizi gücləndirə və sizi daha da xoşbəxt edə bilər. Əgər həyat yoldaşları arasında romantika yox olursa, onda qadın özünü lazımsız hiss etməyə başlaya bilər və bu, stressə birbaşa aparan yoldur. Ona görə də tez- tez romantik axşamlar təşkil etməyə, bir- birinizin könlünü xoş etməyə çalışın.
  5. İş və həyat arasında tarazlığın olmaması Hər qadının işə ehtiyacı var, amma da eləsi yox ki, onun bütün vaxtını alsın. İş və ailə həyatı arasında tarazlıq tapmaq çox vacibdir, çünki işin olmaması cansıxıcılıq, həddindən artıq məşğul olmaq isə ailədən uzaqlıq yaradır.
  6. Hər işi çatdırmaq Kişilərin çoxu tər-təmiz və səliqəli bir evin necə ərsəyə gəldiyi, əşyaların və paltarların nizamlı halda yığılması, süfrədə dadlı xörəyin vaxtında ortaya necə çıxarılması barədə düşünmür. Belədə isə qadınlar hər şeyi idarə etmək ehtiyacından əsl streslə qarşılaşa bilərlər. İna görə ər bəzi ev işlərinin bir hissəsindən azad etməklə xanımına kömək etməlidir.
  7. Həyat yoldaşları arasında ünsiyyətin olmaması Evli qadınlar əri ilə ünsiyyəti yalnız məişət problemlərinin müzakirəsi ilə məhdudlaşmağa başlasalar, stresə düçar ola bilərlər. Onlar arasında gündə ən azı bir neçə dəqiqə təklikdə ünsiyyətin olması zəruridir.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qartallar böyük lələkləri olan nəhəng quşlardır. Bir qanadından lələyi itirəndə quş digərindən simmetrik şəkildə yerləşmiş lələyi itirir - bu ideal aerodinamikanı saxlamaq üçün lazımdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR