Everestdən 11 ton zibil toplandı
Nepalda Everest dağında aparılan təmizlik işləri zamanı təxminən 11 ton zibil toplanıb.
Metbuat.az xarici mediaya istinadla bildirir ki, vəzifəli şəxslər 14 aprel tarixindən başladılan “Sagarmatha təmizlik kampaniyası” çərçivəsində 11 min kiloqram tullantı topladığını açıqlayıblar.
Nepal Turizm müdiri Dandu Raj Ghimire verdiyi açıqlamada Everest dağında həftələrlə davam edən təmizlik işləri zamanı konserv qutuları, qida artıqları, boş oksigen balonları toplandığı bildirilib. Bundan başqa dağda həyatını itirən və qar altında qaldığı üçün tapılmayan 4 alpinistin də cəsədinin tapıldığı deyilib.
Təmizlik kampaniyası Dandu Raj Ghimirenin dediklərinə görə, təxminən 207 min dollara başa gəlib. Toplanılan zibillərin bir hissəsi helikopterlərlə paytaxt Katmanduya göndərilib və təmizlik kampaniyasının rəsmi olaraq sona çatdığı bir mərasimdə bu tullantıların yenidən emal ediləcəyi bildirilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət