Slimfit
  1. İQTİSADİYYAT

Ev tikənlərin sayı yenidən artır: dövlət və özəl sektorun payı açıqlandı

Ev tikənlərin sayı yenidən artır: dövlət və özəl sektorun payı açıqlandı
Sakura

Ev tikənlərin sayı yenidən artır: dövlət və özəl sektorun payı açıqlandı

2018-ci ildə Azərbaycanda mənzil tikintisi sahəsinə investisiyaların ümumi məbləği 1 mlrd. 313,8 mln. manat olub. Bu isə 2017-ci illə müqayisədə 61,1% artım deməkdir.

Oxu.Az xəbər verir ki, tikinti sahəsinə sərmayələrin 252,3 mln. manatı dövlətin payına düşür və bu göstərici 2017-ci illə müqayisədə 68,4% çoxdur.

Özəl sektor isə yenidən mənzil tikməkdə aktivləşib və 2017-ci illə müqayisədə bu sektora qoyduğu sərmayəni 31% artırıb. Rəsmi göstəricilərə görə, özəl sektorun payına düşən investisiyaların həcmi 1 mlrd. 61,5 mln. manatdır.

Nəticədə, 2018-ci ildə ölkədə istismara verilən yaşayış yerlərinin ümumi sahəsi 3.5% faiz artaraq, 2 mln. 84,7 min kvadratmetr olub.

2018-ci ildə fərdi ev tikintisi də artıb. Azərbaycan vətəndaşları öz vəsaitləri hesabına 13,7 min ev tikib. Evlərin tikintisi Bakı, Naxçıvan MR-nin ərazisində, Masallı və Sabirabad rayonlarında daha çox həyata keçirilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gözəl süni şəlalə

Redaktor seçimi

SON XƏBƏRLƏR