Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Ev şəraitində çəki itirmənin 6 asan üsulu

Ev şəraitində çəki itirmənin 6 asan üsulu
Sakura

Ev şəraitində çəki itirmənin 6 asan üsulu

Artıq çəki günümüzdə demək olar ki, əksər qadınların probleminə çevrilib. Həm oturaq həyat şəraiti, həm də qida rasionunun genişliyi fərqində olmadan çəki artımına gətirib çıxarır. Bəzən isə bunu köhnə geyimlərimizin bizə daha dar olduğunu gördükdən sonra başa düşürük. Pəhrizə başlayanların müəyyən bir hissəsi isə yeməkləri o qədər çox sevir ki, başladığı pəhrizin ardını gətirə bilmir.

BƏS EV ŞƏRAİTİNDƏ ARIQLAMAQ ÜÇÜN HANSI SADƏ ÜSULLARDAN İSTİFADƏ EDƏ BİLƏRİK?

Əziz xanımlar, artıq ürəyimiz istədiyi geyimləri geyinə bilməyin və fit görüntüyə malik olmağın vaxtıdır. Sizin üçün ev şəraitində arıqlamağın bir sıra sadə üsullarını topladıq, daimi olaraq əməl etsəniz çəki azalmasına nail olacaqsınız. Birgə nəzər salaq:

Artıq çəkidən qurtulmanın üstünlüklərinə fokuslanın.

İstədiyiniz paltarları geyinmək, daha sağlam olmaq, enerji səviyyəsini artırmaq, qida xərclərini azaltmaq və s. … Pəhrizə başlamazdan əvvəl çəki azalması ilə nail olacağınız nəticənin sizin üçün üstünlüklərini bir vərəqə qeyd edin.

İştahanızı darçınlı süt ilə tənzimləyin.

Bəzən pəhriz zamanı ürəyimiz şirniyyat və ya şirin qidalar istəyir. Bu zaman şirniyyat tələbatınızı ödəmək üçün darçınlı sütdən istifadə edə bilərsiniz.  Belə ki, bu qarışım toxluq hissi yaradaraq kilo verməyə kömək edir. Resept çox asandır: bir stəkan isti südə bir çay qaşığı darçın tozu əlavə edin və ləzzət alın.

Evdə rəqs edərək arıqlaya bilərsiniz.

Hava isti və ya soyuq olduqda yürüyüşə çıxmaq istəmirik. Lakin rahat ev şəraitində istənilən vaxt rəqs edərək kilo verə bilərik. Belə ki, rəqs zamanı bədənin bütün əzələləri işləyərək kalori yandırır.

Hər saat 1 stəkan su için.

Masanın üzərində mütləq bir sürahi su saxlayın. Hər saatdan bir 1 stəkan suyunuzu için. Çünki bu yol çəki itirməyi asanlaşdırır və ən əsası toxluq hissi yaradır.

Yaşıl çay ilə yağların sürətli yanmasına nail ola bilərsiniz.

Ev şəraitində arıqlamaq üçün ən böyük köməkçi vasitələrdən biri yaşıl çaydır. Elmi tədqiqatlar yaşıl çayın sağlamlığa və pəhrizə müsbət təsirini sübut edir. Səhər yeməyindən bir saat sonra və ya axşama doğru bir fincan yaşıl çay içərək maddələr mübadiləsini sürətləndirə bilərsiniz.

Günlük fəaliyyətlərinizi paylaşın.

Arıqlama rejiminizi və rasionunuzu yazdığınız günlük tuta və ya etdiyiniz fəaliyyətləri günlük olaraq paylaşa biləcəyiniz instagram və ya şəxsi blog səhifəsi aça bilərsiniz. Belə ki, ilk olaraq hansı çəki ilə başladığınızı göstərməklə hər gün etdiyiniz arıqlama fəaliyyətlərini və ya qida rasionunuzu paylaşaraq müəyyən olunmuş müddətlərdən bir çəkinizi yoxlayaraq qeyd edə bilərsiniz. Bununla da həm özünüzə, həm də sizin kimi çəki itirmək istəyən şəxslərə motivasiya mənbəyi ola bilərsiniz.

 

Mütəxəssisə müraciət edin.

Əgər ev şəraitində çəki itirə bilmirsinizsə, bu çəki şəxsi həyatınızda və sağlamlığınızda bir sıra problemlərə yol açırsa, bu zaman professional dietoloqlara müraciət etmək önəmlidir. Belə dietoloqlardan biri də Ləman Muradovadır. Mütəxəssis yardımı ilə sağlam yollarla ideal çəkinizə qovuşa bilərsiniz.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

XIX əsrə aid Gəncə qadın geyimi

Redaktor seçimi

SON XƏBƏRLƏR