“Eurovision”da Fələstin bayrağı açdıqlarına görə cəzalana bilərlər
"Eurovision" mahnı müsabiqəsinin təşkilatçısı olan Avropa Yayım Birliyi (ЕВС) yarışmanın birbaşa efiri zamanı üzərində Fələstin bayrağının əksi olan bannerin nümayiş etdirilməsinə görə İslandiyaya qarşı sanksiya məsələsini müzakirə edir.
“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, ЕВС xatırladıb ki, "Eurovision" siyasi tədbir deyil və tanınmamış ölkələrin bayrağının nümayiş olunması müsabiqənin qaydalarına ziddir.
Qeyd edək ki, mayın 18-də İsrailin Təl-Əviv şəhərində keçirilən “Eurovision-2019” mahnı müsabiqəsinin finalında Fələstin bayrağı iki dəfə şounun birbaşa efirinə düşüb. Bayrağı İslandiyanın "Hatari" qrupu və Madonnanın truppasındakı rəqqaslar nümayiş etdirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət