“Eurovision” onlayn-konsert şəklində keçiriləcək
“Eurovision” mahnı müsabiqəsinin təşkilatçıları ləğv edilmiş şounun əvəzinə onlayn şəkildə konsert keçirəcəklər.
“Qafqazinfo” xəbər verir ki, bu barədə yarışmanın rəsmi saytında məlumat verilib. Konsert həm builki, həm də ötən illərin iştirakçılarının çıxışı ilə baş tutacaq.
“Eurovision: Avropa işıqla parlayır” adlı konsert mayın 16-da Avropa vaxtı ilə saat 21:00-da keçiriləcək.
Təşkilatçılar bu il yarışmada iştirak edəcək ölkələri və Avropa Yayım Birliyinin üzvlərini bu konserti yayımlamağa çağırıb.
Xatırladaq ki, “Eurovision” mahnı müsabiqəsi 12-16 may tarixlərində Rotterdamda keçirilməli idi. Koronavirus pandemiyası səbəbindən martın 18-də müsabiqənin sözügedən tarixdə keçirilməyəcəyi elan edilmişdi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət