Slimfit
  1. AZƏRBAYCAN

ETSN: Xəzərin Azərbaycana aid sularında qəfəs tipli balıq təsərrüfatlarının yaradılmasına geniş imkanlar var

ETSN: Xəzərin Azərbaycana aid sularında qəfəs tipli balıq təsərrüfatlarının yaradılmasına geniş imkanlar var
Sakura

ETSN: Xəzərin Azərbaycana aid sularında qəfəs tipli balıq təsərrüfatlarının yaradılmasına geniş imkanlar…

Əhalinin balığa olan tələbatının təmin edilməsi proqramı çərçivəsində Xəzər dənizinin Azərbaycana aid sularında marikulturanın inkişaf etdirilməsi məqsədilə qəfəs tipli balıq təsərrüfatlarının yaradılmasına geniş imkanlar var.

Trend-in məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi Elmi Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutunun direktoru Mehman Axundov deyib.

Onun sözlərinə görə, Xəzər dənizində bioloji resursların tükənmə təhlükəsini və brakonyerliyi nəzərə alaraq, ölkəmizdə və Xəzəryanı regionda akvakulturanı inkişaf etdirmək və əhalinin yeni fəaliyyət növü olan marikulturaya cəlb etmək lazımdır. Bu, qanunsuz balıq ovunun azalmasına və Xəzər dənizinin ekoloji vəziyyətinin yaxşılaşmasına səbəb ola bilər:"Hələlik ölkəmizdə balıq məhsullarının yetişdirilməsi və bazara çıxarılması kortəbii xarakter daşıyır. Amma çıxış yolları mövcuddur və bu sahədə ETSN tərəfindən tədbirlərə başlanılıb. Yəni Nazirlik tərəfindən təbii su hövzələrində daha səmərəli olan sivil fermaların yaradılmasına və akvakulturanın inkişafı hesabına dənizdə və digər su hövzələrində balıq növlərinin artırılmasına çalışılır. Hazırda bu sahənin inkişafı üçün dövlət proqramı hazırlanır. Bu da ölkəmizin balıqçılıq və akvakultura sektorunun inkişafına təkan verilməsi üçün imkan yaradacaq.

 

M.Axundov əlavə edib ki, ölkəmizdə şirin su və kənd təsərrüfatı istehsalı üçün torpaq ehtiyatlarının məhdud olduğunu nəzərə alaraq, balıq yetişdirmə fəaliyyətinin genişləndirilməsi daha çox Xəzər dənizində marikulturanın gələcək inkişafı ilə bağlı olacaq.

Institut direktoru qeyd edib ki, marikulturanın inkişafı üçün Xəzər dənizinin sahilyanı rayonlarında xarici ölkələrin biotexnologiya təcrübələrindən istifadə etməklə yüksək məhsuldarlı balıqçılıq təsərrüfatları yaradıla bilər. Balıqçılıq və akvakultura sektorunun inkişafı üçün beynəlxalq standartlara, qabaqcıl təcrübəyə və sazişlərə uyğunluq təmin edilməlidir:"Akvakultura və Marikultura sahəsinin davamlı inkişafı Azərbaycanın kənd ərazilərində yeni iş yerlərinin və alternativ gəlir mənbələrinin yaranmasına səbəb olar, ölkə əhalisinin sosial vəziyyətinə və sağlamlığına, ərzaq təhlükəsizliyi məsələlərinin həllinə müsbət təsir göstərə bilər.

Araşdırmalara əsasən deyə bilərik ki, yaxın zamanlarda əhalinin balıq ovçuluğundan akvakultura və marikultura fəaliyyətinə yönəldilməsi əvvəlcə sənaye balıq ovu ilə məşğul olan balıqçıların gəlirlərinin artmasına səbəb olacaq və həmçinin ölkəmizdə balıq məhsullarına olan daxili tələbat tam ödənəcək. Hətta hesablamalara görə, məhsuldarlıq o qədər artıq olacaq ki, qarşıdakı illərdə yetişdirilən balıq məhsullarını xaricə ixrac etmək mümkün olacaq".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhər əhalisi öldürülən azərbaycanlıların yanında. Bakı, 1918-ci il. 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı Soveti və Erməni Daşnak Partiyasından olan silahlı dəstələr tərəfindən 12

Redaktor seçimi

SON XƏBƏRLƏR