Dərc edildi: Baxış sayı: 609
ETSN: Xətai rayonunda ağacların kəsilməsi ilə bağlı sənədləşmə işləri aparılır
“Xətai rayonu, M.Hadi küçəsi, 93/99 ünvanında ağacların icazəsiz kəsilməsi və köçürülməsi ilə bağlı sənədləşmə işləri aparılır”.
Bu barədə “Report”un sorğusuna cavab olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat katibi İradə İbrahimova məlumat verib.
Nazirlik rəsmisi qeyd edib ki, təbiətə dəymiş ziyan hesablanacaq və nəticələrə uyğun qanuna müvafiq tədbirlər görüləcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət