Slimfit
  1. CƏMİYYƏT

ETSN və SOCAR tullantıların idarə olunması ilə bağlı dövlət proqramı hazırlayıb

ETSN və SOCAR tullantıların idarə olunması ilə bağlı dövlət proqramı hazırlayıb
Sakura

ETSN və SOCAR tullantıların idarə olunması ilə bağlı dövlət proqramı hazırlayıb

Bu gün neft sənayesi işçilərinin peşə bayramıdır

Report”un məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin rəisi Mirsalam Qəmbərov bu münasibətlə bütün neftçiləri təbrik edib. 

O, SOCAR-la nazirlik arasındakı birgə layihələr haqqında danışıb: "Neft sənayesi dövlətimizin aparıcı sahələrdən biridir. Ölkəmiz dünya neft sektoruna böyük töhfə verir və bununla fəxr edirik. Bu uğurlar neftçilərimizin zəhməti hesabına olub. Alimlərimizin bilikləri və təcrübəmiz sayəsində aparıcı xarici ölkələrlə, eyni zamanda qonşu ölkələrlə əməkdaşlığa səmərəli təsir göstərən bir çox nailiyyət əldə etmişik. Son 10 ildə bu sahədə çox iş görülüb”.

M.Qəmbərov bildirib ki, şlamların basdırılması, müəyyən vaxta qədər saxlanılması yox tam zərərsizləşdirilməsi istiqamətində nəzərdə tutulan tədbirlər də həyata keçiriləcək: “Bu sahədə də müəyyən işlər görülür. Yeni gətirilən qurğular vasitəsilə bu iş tam başa çatacaq. Abşeron yarımadasını qurudan neftlə çirklənmiş torpaqlarda tullantıların idarə olunması istiqamətində müəyyən tədbirlər də həyata keçirilib. İnanıram ki, iki qurum arasında nəzərdə tutulan tədbirlər çərçivəsində bu problem kökündən öz həllini tapacaq”.

“SOCAR rəhbərliyinin göstərişi də olub ki, tullantıların idarə olunması ilə bağlı 5 illik dövlət proqramı (2019-2023-cü illər) hazırlanıb və həmin istiqamətdə konkret olaraq vəsaitin ayrılması, eləcə də hansı sxem üzrə tullantıların zərərsizləşdirilməsi layihədə öz əksini tapıb. Fəaliyyət planı Azərbaycanın bütün neft yataqlarında mövcud problemlərin həllinə yönəldilib. Bu plana əməl etsək, birgə daha böyük uğur qazanmağımıza imkan verəcək”, - deyə Mirsalam Qəmbərov əlavə edib.

Nazirlik rəsmisi qeyd edib ki, SOCAR-ın tərkibində mövcud olan qazçıxarma idarələri öz ərazilərində formalaşan lay sularının idarə olunmasını qapalı su dövriyyəsinə keçiriblər: “Bu, təqdirəlayiq addımdır. Çünki bu sulardan texniki məqsədlər üçün təkrar istifadə edirlər”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Günəş batması - kosmosdan görünüş

Redaktor seçimi

SON XƏBƏRLƏR