Slimfit
  1. CƏMİYYƏT

ETSN nadir quş növlərini görmək istəyənləri milli parklara dəvət edib

ETSN nadir quş növlərini görmək istəyənləri milli parklara dəvət edib
Sakura

ETSN nadir quş növlərini görmək istəyənləri milli parklara dəvət edib

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) flaminqo görmək istəyənləri milli parklara dəvət edib.

Nazirliyin Mətbuat Xidmətindən "Report"a bildirilib ki, Azərbaycana əsasən qışlamağa gələn nadir quş növlərini görmək istəyən bütün təbiətsevərlər milli parklara dəvət edilir: "Göz oxşayan füsunkar gözəlliklərdən həzz almaq, nadir quşları müşahidə etmək, istirahətinizi təbiət qoynunda keçirmək istəyirsinizsə qış tətili günlərində milli parklarımıza səyahət edin. Siz Abşeron, Şirvan, Qızılağac və Ağgöl milli parklarına səyahət etməklə nadir quş növlərindən olan flaminqo, çəhrayı turan, yaşılbaş ördək, soltanquş, ağqaş qaz, göydimdik ördək, fısıldayan qu, qızılqaz, qıvrımmələk qu kimi quşları müşahidə edə bilərsiniz".

Qeyd edək ki, hər il Azərbaycana qışlamaq üçün orta hesabla 1-1,5 milyona yaxın quş gəlir.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Florida, ABŞ

Redaktor seçimi

SON XƏBƏRLƏR