Slimfit
  1. CƏMİYYƏT

ETSN-in 'Sahil' restoranına qarşı iddiası qismən təmin edilib

ETSN-in 'Sahil' restoranına qarşı iddiası qismən təmin edilib
Sakura

ETSN-in 'Sahil' restoranına qarşı iddiası qismən təmin edilib

Sumqayıt İnzibati-İqtisasi Məhkəməsində Ekologı̇ya Və Təbii Sərvətlər Nazı̇rlı̇yı̇n 4̇ sayli Regı̇onal Ekologı̇ya və Təbii Sərvətlər İdarəsinin “Sahil” istirahət mərkəzinin (restoran) rəhbəri Elnur Həşı̇mova qarşı iddiası üzrə məhkəmə prosesi keçirilib.

"Report" xəbər verir ki, hakim Zaur Pirverdiyevin icraatında olan iddia “Sahil” istirahət mərkəzində formalaşan çirkab suların Xəzər dənizi sahil zonaya axıdılmasının qarşısının alınması məqsədilə çirkab suların ərazidən keçən kanalizasiya şəbəkəsinə birləşdirilməsi öhdəliyinin cavabdehə həvalə olunması və cavabdeh öhdəliyi yerinə yetirənədək fəaliyyətinin dayandırılması barədədir.

Məhkəmə nazirliyin iddiasını qismən təmin edib. Qərara əsasən, “Sahil” istirahət mərkəzində formalaşan çirkab suların Xəzər dənizi sahil zonaya axıdılmasının qarşısının alınması məqsədilə çirkab suların ərazidən keçən kanalizasiya şəbəkəsinə birləşdirilməsi öhdəliyi Həşimov Elnur Həşim oğluna həvalə olunub.

İddianın cavabdehin öhdəliyi yerinə yetirənədək restoranın fəaliyyətinin dayandırılması barədə hissəsi isə təmin edilməyib. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xalq şairi Vaqif Səmədoğlunun ilk nikahı əfsanəvi bəstəkar Qara Qarayevin qızı ilə olub.

Redaktor seçimi

SON XƏBƏRLƏR