Dərc edildi: Baxış sayı: 449
ETSN-də Avropa İttifaqının proqram rəhbəri ilə görüş keçirilib
Ekologiya və Təbii Sərvətlər Nazirliyində “Şərq Tərəfdaşlığı” ölkələri üçün Avropa İttifaqının Su Təşəbbüsü proqramının rəhbəri Mixael Sutterin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən "Report"a verilən məlumata görə, görüş zamanı beynəlxalq məsləhətçilərlə ölkədə su ehtiyatlarının inteqrasiyalı idarə edilməsi, sudan səmərəli və təkrar istifadə, su itkilərinin azaldılması, ehtiyatlarının qorunması ətrafında fikir mübadiləsi aparılıb.
Eyni zamanda mövcud əməkdaşlığın vəziyyəti və gələcək perspektivlər müzakirə olunub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət