Slimfit
  1. AZƏRBAYCAN

ETSN: Daş karxanaları hava qatını zərərliyir, oksigen çatışmazlığı yaradır

ETSN: Daş karxanaları hava qatını zərərliyir, oksigen çatışmazlığı yaradır
Sakura

ETSN: Daş karxanaları hava qatını zərərliyir, oksigen çatışmazlığı yaradır

 "Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakıda və Bakı ətrafında yerləşən 208 daş karxanasında monitorinq aparıb".

"Report" xəbər verir ki, bunu "Daş karxanalarında müasir idarəetmə və ekoloji tələblərin tətbiqi" mövzusunda dəyirmi masada Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mineral Xammal, Analitik Elmi və Tədqiqatlar Mərkəzinin direktoru Mürsəl Əliyev deyib. 

O bildirib ki, monitorinqin məqsədi qanunsuz fəaliyyət göstərən daş karxanalarını müəyyən etmək, bu sahədə yol verilən pozuntuları aşkarlamaqdır: "Monitorinqlərimiz bitəndən sonra aşkarlanan pozuntularla bağlı 105 akt tərtib edib prokurorluğa göndərmişik". 

M.Əliyev sözlərinə görə, müasir avadanlıqlarla təchiz olunmayan karxanaların fəaliyyəti ətraf mühitə böyük ziyan vurur: "Hava qatı zərərli tozlarla örtülür, oksigen çatışmazlığı yaranır, o cümlədən torpaqların üst münbit qatı korlanır. Daş karxanalarının sahibləri fəaliyyətlərini ekoloji prinsiplər əsasında qurmağa çalışmalıdırlar" .

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyada ən sürətli təkər üzərində ev öz rekordunu yenilədi. Keçən il onun sürəti 128km/s idi, may ayında bu sürəti 162,61 km/s-a qədər artırdı, indi isə yarım km artırdı.

Redaktor seçimi

SON XƏBƏRLƏR