Dərc edildi: Baxış sayı: 607
ETSN Bakıda ağacların qurudulmasına görə “Azərsu” barədə protokol tərtib edib
Bakıda ağacların qurudulmasına görə “Azərsu” ASC-yə protokol tərtib olunub.
Bu barədə "Report"a Ekoligiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Belə ki, Heydər Əliyev prospekti 103 A ünvanında ağacların qurudulması ilə bağlı Nazirliyə daxil olan şikayət Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən yerində araşdırılıb.
Araşdırma zamanı sözügedən ünvanda “Azərsu” ASC-yə məxsus binanın həyətində aparılan tikinti işləri zamanı ağacların qurudulduğu faktı aşkar edilib.
Faktla bağlı “Azərsu” ASC barəsində protokol tərtib olunub və toplanan materiallar məhkəməyə hazırlanır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət