Dərc edildi: Baxış sayı: 532
ETSN: Badamdar sürüşmə sahəsində asılı vəziyyətdə olan iri qaya parçası qopub
Badamdar sürüşmə sahəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin mütəxəssisləri tərəfindən aparılan monitorinqin nəticəsinə əsasən ərazidə gərginlik qalmaqdadır.
Nazirliyin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, son günlər yağan yağış nəticəsində sürüşmənin baş hissəsində asılı vəziyyətdə olan iri qaya parçasının qopması və yamac boyu irəliləməsi müşahidə edilib.
Sürüşmənin alt hissəsində isə yeni çatlar qeydə alınıb, monitorinqlər davam etdirilir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət