Slimfit
  1. MARAQLI

Ətrin saxta olduğunu necə bilmək olar?

Ətrin saxta olduğunu necə bilmək olar?
Sakura

Ətrin saxta olduğunu necə bilmək olar?

Əvvəlcə onu diqqətinizə çatdırım ki, saxta ətirləri aldığınız zaman həç zaman unutmayın ki, onun tərkibində allergiya verən əlavələr, metil spriti və digər təhlükəli maddələr ola bilər, və məhz bu ağır zəhərlənmənin səbəbi ola bilər. Yüksək səviyyədə saxtalaşdırılmış ətirlərin tərkibində bu saxtalığı müəyyən etmək çox çətindir, çünki onlar orijinala son dəcərə yaxındır. Saxta ətri həqiqi ətirdən seçmək üçün sizə bir neçə məsləhətimiz olacaq. Əvvəlcə ətrin qutusunun yaxud şüşəsinin üzərində seriya nömrəsinin olub-olmadığını yoxlayın. Yaxud kosmetik məhsulların yoxlanılması üçün nəzərdə tutulmuş xüsusi saytlara daxil olun, siyahıdan ətrin istehsal edildiyi firmanın adını seçin, seriya nömrəsini daxil edin. Bundan başqa siz ətrin istehsal edildiyi tarixi və ölkəni öyrənə bilərsiniz.
Yeri gəlmişkən, qutu və şüşənin üzərindəki məlumat üst-üstü düşməklə yanaşı şüşənin həcmini də düzgün qeyd olunmalıdır. Parfümeriya dükanında satıcıdan hər məhsul üçün verilən uyğunluq sertifikatını təqdim etməsini xahiş edin. Diqqətli olun, əgər siz möhürün surətini görürsünüzsə yaxud bir neçə ad görürsünzüsə əlinizdəki mal saxtadır. Məhsulun saxta yaxud həqiqi olduğunu yoxlamaq üçün digər bir üsul da var, ətir şüşəsini soyuducuya qoyun. Əgər şüşədəki ətir bulansa, aldığınız ətrin saxta olduğu ortaya çıxacaq. Mağazada parfüm aldığınız zaman diqqət edin ki, qutu və şüşənin üzərindəki bütün yazılar aydın və düz olsun. Şüşənin pulverizatoru yaxşı işləməli, burulmamalıdır. Şüşənin hazırlandığı material bulanıq olmalı deyil. Ətirin firma nişanı, adı və seriya nömrəsi şüşənin yan tərəfində olmalıdır. Həmçinin ətirlərdən istifadə qaydaları da mühüm əhəmiyyət kəsb edir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sinqapurda Gardens by the bağındakı böyük süni ağaclar. Onlar təkcə gözəllik üçün deyil, həmçinin üzərində quraşdırılmış günəş batareyaları sayəsində enerji toplayırlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR