Dərc edildi: Baxış sayı: 518
Etirazçılar Zelenskiyə qarşı tələblər irəli sürdü
Kiyevin mərkəzində “Avromaydanın” ildönümü münasibəti ilə minə yaxın mitinq iştirakçısı toplaşıb. “Qafqazinfo”nun “RİA Novosti”yə istinadən məlumatına görə, onlar Ukrayna Prezidenti Vladimir Zelenskiyə qarşı bir sıra tələblər irəli sürüb.
Mitinq iştirakçıları Zelenskinin ofisinin rəhbəri Andrey Boqdanın, Araşdırmalar üzrə Dövlət Bürosunun direktoru Roman Trubanın və Ukrayna Ali Radasının xarici siyasət məsələləri üzə komitəsinin sədri Boqdan Yaremenkonun istefa verməsini tələb edir.
Hərəkata müxalif siyasətçilər, məsələn, “Səs” partiyasının başçısı Svyatoslav Vakarçuk və Petro Poroşenkonun partiyasından olan deputat Svetlana Fedina qoşulublar.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət