Slimfit
  1. AZƏRBAYCAN

Etimad Əsədovun büstü hazırlanır

Etimad Əsədovun büstü hazırlanır
Sakura

Etimad Əsədovun büstü hazırlanır

"Mərhum qəhrəman dostum, silahdaşım baş qazi Etimad Əsədovun büstü adına layiq səviyyədə hazırlanır”.

Bunu "Sherg.az”a Azərbaycanın Milli Qəhrəmanı Asif (Fred) Məhərrəmov adına İnkişaf Fondunun sədri, Qarabağ qazisi Ədalət Məhərrəmov bildirib.

O qeyd edib ki, bu ilin dekabrın 20-də Etimad Əsədovun 55 illik yubileyidir:

"Onun bütün dostları, silahdaşları Etimad qardaşımın 55-ci il dönümünün yaddaqalan, əlamətdar olmasına çalışır. Çünki o, Azərbaycanın baş qazisidir. E.Əsədov 1993-cü ilin 8 dekabrında "Qarabağ Qaziləri” İctimai Birliyinin sədri olub. Mən də o təşkilatın üzvü idim, bu gün də üzvüyəm. Ona görə də, Etimada uyğun, ona yaraşan yaxşı nəysə etməliydik. Dostumuz, Qarabağ əlili İlham Həsənovla danışdıq. Dedi ki, büst düzəldək. Milli qəhraman Mübariz İbrahimov adına Rəsm Qalereyasının direktoru Əliyev Namiq Ağalar oğluna müraciət etdik.

Sağ olsun, təklifimizi dəstəklədi. Bildirdi ki, belə bir büst hazırlayıb muzeymizə qoyarıq. Xatırladım ki, həmin muzeydə Milli qəhraman Mübariz İbrahimov, Əlyar Əliyev və başqalarının büstləri, portretləri var. Büst ayın 19-a qədər hazır olacaq və muzeydə qalacaq. N. Əliyev bu büstü təmənnasız hazırlayacaq. Bilirsiniz ki, Etimad qardaşım təbiəti, ağacları sevirdi. Bu mənada Allah ömür versə, ağacəkmə aksiyası və digər tədbirlər də həyata keçirmək istəyirik. Etimad qardaşın Qarabağ qazilərinin hüquqlarını daim müdafiə edib. Bu gün də, sabah da, gələləcəkdə də Etimad belə qalacaq. Baş qazimizin doğum gününə çox az zaman qalıb".

Ə.Məhərrəmov onu da əlavə edib ki, büst E.Əsədova çox oxşayır:

"Dünyada heykəlin insana oxşadılaması 85 faizdən yuxarı qalxmayıb. Etimadın da büstü özünə çox oxşayır. Hazırda gildən hazırlanıb. Sonra üstünə dəmir töküləcək və metal formasında olacaq. Qəhrəman qardaşımın büstü yaxşı hazırlanıb, heykəltaraşlıqdan anlayışı olanlar dəyərləndirəcək”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Filin ürəyinin çəkisi 30kq-dır

Redaktor seçimi

SON XƏBƏRLƏR