Slimfit
  1. İQTİSADİYYAT

Etilen-Polietilen Zavodu gələn ilin II rübündə tam yeni konfiqurasiyada istismara veriləcək

Etilen-Polietilen Zavodu gələn ilin II rübündə tam yeni konfiqurasiyada istismara veriləcək
Sakura

Etilen-Polietilen Zavodu gələn ilin II rübündə tam yeni konfiqurasiyada istismara veriləcək

 

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azərikimya" İstehsalat Birliyinin Etilen-Polietilen zavodu 2020-ci ilin II rübündə tam olaraq yeni konfiqurasiyada istismara veriləcək.

"Report" xəbər verir ki, bunu Bakıda keçirilən SOCAR-ın IV Beynəlxalq "Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft Emalı, Neft-kimya" forumunda "Azərikimya" İstehsalat Birliyinin baş direktorun sərmayə və inkişaf üzrə müavini Orxan Cəfərov bildirib.

"Yenidənqurma və modernizasiya layihəsi çərçivəsində 2016-cı ilin noyabr ayında EPC (Mühəndislik, Layihələndirmə və Tikinti) müqaviləsi imzalanıb. 2017-2018-ci illərdə ilk qurğular istismara verilib. 2020-ci ilin I rübündə bütün yeni və revamp olunan qurğular tikilib-quraşdırılacaq.Ümumilikdə, zavod 2020-ci ilin IIrübündə tam yeni konfiqurasiyada istismara tam daxil olacaq", - o qeyd edib. 

"Azərikimya" rəsmisinin sözlərinə görə, hazırda Etilen-Polietilen Zavodunda aparılan modernizasiya və yenidənqurma layihəsi üzrə ümumilikdə 80,5% işlər yekunlaşıb: "O cümlədən mühəndislik işləri 99,8%, təchizat 96,4%, tikinti 51% tamamlanıb. Bütün lazımi avadanlıqlar və materiallar bu ilin may ayına kimi əraziyə çatdırılacaq". 

O.Cəfərov onu da bildirib ki, layihənin icrasından sonra etilen istehsalının həcmi ildə 100-105 min tondan 192 min tona, propilen istehsalının həcmi 50-55 min tondan 187 min tona çatdırılacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sadovı küçəsindən İçərişəhər mənzərəsi, Bakı, 19-cu əsrin sonu - 20-ci əsrin əvvəlləri.

Redaktor seçimi

SON XƏBƏRLƏR