Slimfit
  1. CƏMİYYƏT

Etibarnamənin ləğvi nəyi dəyişəcək?

Etibarnamənin ləğvi nəyi dəyişəcək?
Sakura

Etibarnamənin ləğvi nəyi dəyişəcək?

Xəbər verdiyimiz kimi, Azərbaycanda avtomobillərin idarə edilməsi üçün etibarnamənin zəruriliyi tələbi aradan qaldırıla bilər.

Bununla bağlı Konstitusiya Məhkəməsi Gəncə Şəhər Məhkəməsinin müraciəti əsasında müvafiq qərar qəbul edib.

Qərara əsasən, nəqliyyat vasitəsinin mülkiyyətçisi olmayan şəxsin nəqliyyat vasitəsini idarə etməsi üçün etibarnamənin zəruriliyi tələbinin müvafiq qanunvericilikdə aradan qaldırılması Milli Məclisə tövsiyə olunub.

Maraqlıdır, etibarnamə tələbinin aradan qaldırılmasının hansı müsbət və mənfi tərəfləri var.

Mövzu ilə bağlı nəqliyyat məsələləri üzrə eksperti Aslan Əsədov Redaktor.az-a danışdı.

Ekspert söylədi ki, bu cür proseslərin davam etməsi artıq nəqliyyat vasitələrinin idarə edilməsinin sadələşdirilməsinə doğru addımlar atılması deməkdir:

“Yəni etibarnamələr bugünkü gündə vətəndaşlarımız arasında geniş yayılmış nəqliyyat vasitələrinin sahibliyini sübut edəcək bir vasitəyə çevirmişdi. Bu, birbaşa etibarnamənin vətəndaşa məxsus olub, olmamağına dəlalət etməsə də, onun ikinci sahibi kimi və yaxud məsuliyyətli bir şəxs kimi dəyərləndirilir. Etibarnamələri Azərbaycan ərazisi üzrə üç cür kateqoriyaya bölmək olar. Birinci kateqoriyaya birinci və ikinci dərəcəli qohumlar arasında etibarnamələr aiddir. İkinci kateqoriyaya aiddir ki, şirkətlər, müəssisələr əməkdaşlarına etibarnamə verir. Digəri isə alqı-satqı prosesini həyata keçirməmək üçün bundan dolayı yolla etibarnamə prosedurundan istifadə edilir. Bu da cəmiyyət arasında geniş yayılıb".

Aslan Əsədov qeyd etdi ki, etibarnamənin ləğvinin mənfi tərəfləri barmaqla sayılacaq qədərdir.

"Müsbət tərəfləri odur ki, mobil olacaq, bütün vətəndaşlar istifadə edə biləcək, xüsusən də qonşu ölkələrdə bu metoddan artıq istifadə edirlər. Hətta bəzi ölkələrdə etibarnamə sözü belə leksikadan çıxarılıb. Yarana biləcək əlavə pis və yaxşı tərəfləri indidən demək tezdir. Bu dəyişikliyi müəyyən zaman kəsiyində müşahidə etdikdən sonra daha dəqiq fikirlər söyləmək olacaq".

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xalq yazıçısı Mirzə İbrahimov görkəmli tarzən Qurban Pirimovun kürəkəni olmuşdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR