Slimfit
  1. AVTO VƏ MOTO

Etibarnamə tələbinin ləğvi məsələsi - parlament təsdiqləyəcəkmi

Etibarnamə tələbinin ləğvi məsələsi - parlament təsdiqləyəcəkmi
Sakura

Etibarnamə tələbinin ləğvi məsələsi - parlament təsdiqləyəcəkmi

Uzun illərdir ki, Azərbaycanda dartışılan məsələlərdən biri də maşının idarə edilməsi üçün etibarnamə tələbi ilə bağlıdır. Dünyanın inkişaf etmiş ölkələri ilə yanaşı, əksər MDB dövlətlərində də müvəqqəti idarəetmə üçün etibarnamə tələbi yoxdur.

Yəni əksər ölkələr məsələni belə həll edib: əgər şəxsin sürücülük hüququ varsa, maşının texpasportu ondadırsa, avtomobil sahibi tərəfindən axtarışda deyilsə, qaçırılma şikayəti yoxdursa, şəxs onu etibarnaməsiz və ya yazılı iltizamla idarə edə bilər. Azərbaycanda isə indiyədək hətta ər-arvadın birgə nikah dövründə əldə etdikləri üçün birgə sayılan əmlakı olan maşına da bəzi hallarda tərəflərdən etibarnamə tələb olunurdu.

Deyəsən, etibarnamə məsələsi həllini tapır. Məlumata görə, Azərbaycanda avtomobillərin idarə edilməsi üçün etibarnamənin zəruriliyi tələbi aradan qaldırıla bilər. Belə ki, Konstitusiya Məhkəməsi Gəncə Şəhər Məhkəməsinin müraciəti əsasında müvafiq qərar qəbul edib.

Bildirilib ki, Fərhad Abdullayevin sədrliyi ilə keçirilən Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclasında Gəncə Şəhər Məhkəməsinin müraciəti əsasında İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin “Yol hərəkəti haqqında” qanunun 37-ci maddəsinin I hissəsinin 1-ci bəndi ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxılıb və qərar qəbul edilib.

Qərara əsasən, nəqliyyat vasitəsinin mülkiyyətçisi olmayan şəxsin nəqliyyat vasitəsini idarə etməsi üçün etibarnamənin zəruriliyi tələbinin müvafiq qanunvericilikdə aradan qaldırılması Milli Məclisə tövsiyə olunub. İnzibati Xətalar Məcəlləsinin və “Yol hərəkəti haqqında” qanunun normaları qanunverici orqan tərəfindən təkmilləşdirilənədək nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olmadığı hallarda nəqliyyat vasitəsinin etibarnaməsiz idarə edilməsi (ər-arvadın ümumi mülkiyyət hüququna dair şəhadətnaməsinin olduğu hallar istisna olmaqla) İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsi ilə müəyyən edilən inzibati məsuliyyətə səbəb olur.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.

Milli Məclis bu tövsiyə üzrə qərarı nə zaman qəbul edəcək? Payız sessiyasında bu məsələyə baxıla bilərmi? Ortaya çıxan bir sual da var ki, əgər etibarnamə tələbi ləğv olunarsa, maşın alqı-satqısı zamanı istifadə olunan etibarnamə anlayışı necə olacaq? Bu, qüvvəsində qalacaqmı?

Fazil Mustafa ikinci dəfə əməliyyat edildi - ANS - Sayt Başlığı

Fazil Mustafa: “Vəziyyət araşdırılıb dəyişiklik edilə bilər”

Milli Məclisin deputatı Fazil Mustafa bizimlə söhbətdə mövzu ilə bağlı bunları bildirdi: “Burada anlaşılmayan bir məsələ var. Qərar qəbul olunubsa, Milli Məclisə həm də tövsiyə olunub. Milli Məclis bu kimi məsələləri qanunvericilik təşəbbüsü qaydasında daxil olan konkret layihə əsasında baxır, müzakirə edir və mütləq qəbul olunması deyilən bir hökm yoxdur. Çünki qanunverici orqanın özünün səlahiyyət hüdudları var və o hüdudlara görə də davranır. Bu baxımdan da məsələnin digər tərəfinə diqqət yetirsək, daha doğru olar. Burada bilavasitə konstitusion müddəa olaraq vətəndaş hüquqları kontekstindən yanaşanda bəzi çətinliklər var. Amma həm də digər tərəfdən təhlükəsizlik və məsuliyyətsizlik elementlərin artması hallarını da göz önünə gətirməliyik. Vəziyyət araşdırılıb dəyişiklik edilə bilər”.

Nəqliyyat eksperti Elməddin Muradlı da mövzu ilə bağlı “Yeni Müsavat”a fikrini bildirib. Ekspert deyib ki, bu, çoxdan gözlənilən bir addım idi: “İnsanları narahat edən məsələlərdən biri də etibarnamədir. Yəni, eyni evdə yaşayan insanların avtomobili etibarnamə ilə idarə etməsi absurddur. Sürücülük vəsiqəsi olan şəxs rahatlıqla maşını sürə bilər. Əgər kimsə şikayət etmirsə, deməli, bu etibarnamə məsələsi də lazımsızdır.”

BNA ictimai nəqliyyatı çökdürüb! – Sürücüsü narkoman, sərnişini yollarda...

Elməddin Muradlı: “Milli Məclis qanunda dəyişiklik etməlidir, insanların canları birdəfəlik bu məsələdən qurtarmalıdır”

Ekspert bildirib ki, illərdir sığorta şirkətləri vətəndaşları aldadaraq ər və arvad arasında etibarnamənin vacibliyini bildirərərk sığorta pulu ödəməkdən imtina ediblər. “Hazırda hər yerdə kameralar var. Əgər avtomobilin oğurlanması faktı baş verərsə, bunu tapmaq çox asan olacaq. Eyni zamanda cərimə məsələsinə gəldikdə isə asanlıqla həll olunması mümkündür. Ya vətəndaş online qaydada bunu edir, yaxud da ərazi üzrə DYP şöbəsinə yaxınlaşaraq inzibati xətanı kimin törətdiyini aydınlaşdıra bilər. Qanunvericilikdə etibarnamə olmadan avtomobili idarə etməyə görə 40 manat cərimə nəzərdə tutulur. Azərbaycanda illərdir ki, bu mövzu ətrafında müzakirələr gedir. Konstitusiya Məhkəməsinin qərarında qeyd var, hazırda İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsi ilə 40 manat cərimə nəzərdə tutur. Qərarda da göstərilir ki, ər və arvad arasında birgə nikah dövründə əldə olunmuş anlayışı var. Bu cərimə onlara şamil edilmir. Amma indiyə qədər nə qədər insan buna görə cərimələnib. Nə qədər sığorta şirkəti vətəndaşı aldadıb ki, ər arvad arasında etibarnamə olmadığına görə cərimə edilməlidir. Məhkəmələrə veriblər, bəzi hakimlər də sığorta şirkətləri ilə əlbir olub vətəndaşlara ziyan vurublar. Amma artıq bu mövzu qapanmaq üzrədir. Düzdür, hələ ki, qəbul edilməyib. Milli Məclisə Konstitusiya Məhkəməsi tərəfindən tövsiyə olunub ki, bu məsələyə baxılsın. Burada suallar yaranır. Tutaq ki, bir şirkətin 10 maşını var, hansısa sürücü xəta törədibsə, deməli cərimə hüquqi şəxsin adına gələcək. Hüquqi şəxs özü araşdıracaq və cərimə də xətanı törədən sürücüyə şamil olunacaq. Ata-oğul, dost arasında baş verirsə, misal üçün, avtomobilin sahibinə cərimə gəlib, avtomobilin sahibi öz dostu ilə birlikdə qeydiyyatda olduğu ərazi üzrə yol polisi şöbəsinə yaxınlaşa bilər, xətanı kim edibsə bunu bildirir və cəriməni ödəyir. Milli Məclis qanunda dəyişiklik etməlidir, insanların canları birdəfəlik bu məsələdən qurtarmalıdır. Düzdür, bəzi rüşvətxorlara bu sərf etməyəcək. Amma dünyanın bir çox ölkələrində artıq bu qərar rədd edilib. Necə ola bilər ki, ata oğul üçün etibarnamə almalıdır?!”.

Vəkil Turan Abdullazadə ilə müsahibə

Turan Abdullazadə: “Avtomobilin qeydiyyat şəhadətnaməsində ər-arvaddan birinin adı varsa...”

Vəkil Turan Abdullazadə mövzu ilə bağlı “Yeni Müsavat”a fikilərini açıqladı. “Vəkil- hüquqşünas kimi mənim subyektiv fikrim ondan ibarətdir ki, nikah dövründə əldə olunmuş əmlak ər-arvadın ümumi birgə mülkiyyəti hesab olunduğundan nikahdan sonra alınmış avtomobilin qeydiyyat şəhadətnaməsində kimin adının yazılmasının əhəmiyyəti yoxdur” deyən vəkil əlavə etdi ki, səbəb bunun ümumi, birgə mülkiyyət sayılmasıdır: “Yəni avtomobilin qeydiyyat şəhadətnaməsində ər-arvaddan birinin adı varsa, belə hesab olunur ki, həmin avtomobili digəri də idarə edə bilər. Bu hüquq yalnız ər-arvada şamil olunur. Digər ailə üzvlərinin belə bir hüququ yoxdur. Avtomobili bu cür idarə edərkən nikah şəhadətnaməsi mütləq ər-arvadın üzərində olmalıdır ki, nikahın qeydiyyat tarixi ilə avtomobilin qeydiyyat tarixi tutuşdurula bilsin. Düşünürəm ki, bu halda vətəndaşın cərimələnməsi qanunsuz və əsassızdır. 24 iyul 2023-cü il tarixdə Konstitusiya Məhkəməsi qərar qəbul edərək, belə bir qənaətə gəlib ki, mövcud qanunvericilikdə etibarnamə məhz əqdlərin bağlanması üçün təmsilçiliklə bağlı münasibətlərin hüquqi tənzimlənməsi vasitəsi kimi nəzərdə tutulduğundan, daşınan əşya olaraq nəqliyyat vasitəsinin mülkiyyətçi olmayan şəxs tərəfindən idarə edilməsi üçün etibarnamənin olması ilə bağlı tələb qanunvericilik qaydasında aradan qaldırılmalıdır.

Eyni zamanda, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun normaları qanunverici orqan tərəfindən təkmilləşdirilənədək, nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olmadığı hallarda, nəqliyyat vasitəsinin etibarnaməsiz idarə edilməsi (ər-arvadın ümumi mülkiyyət hüququna dair şəhadətnaməsinin olduğu hallar istisna olmaqla) həmin Məcəllənin 332.1-ci maddəsi ilə müəyyən edilən inzibati məsuliyyətə səbəb olur".

Vəkil qanunvericilikdə çaşqınlıq yaradan məsələyə də aydınlıq gətirib: “Nəqliyyat vasitəsinin etibarsız idarə edilməsi hüququ yalnız ər-arvadın ümumi mülkiyyət hüququna dair şəhadətnaməsinin olduğu hallarda ər-arvada şamil olunacaq. Konstitusiya Məhkəməsi qeyd edib ki, göstərilənlər nəqliyyat vasitəsinin ər-arvadın birgə mülkiyyətində olmasını təsdiqləmək üçün onların ümumi mülkiyyət hüququ haqqında şəhadətnamənin sürücünün yanında olmasını tələb edir. Daha da dəqiqləşdirsək, Milli Məclis bununla bağlı müsbət qərar qəbul etsə, nikah şəhadətnaməsi deyil, ümumi mülkiyyət hüququ haqqında şəhadətnamə şəxslərin yanında olduğu təqdirdə etibarnaməsiz maşın idarə etdiyinə görə ər-arvaddan hər hansı birinin cərimələnməsi artıq tam qanunsuz olacaqdır. Digər şəxslərə münasibətdə isə qeyd etmək istərdim ki, nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin özünün şəxsən nəqliyyat vasitəsində olmadığı hallarda maşını idarə edənlərin mütləq etibarnaməsi olmalıdır. Əks halda, bu, inzibati məsuliyyətə səbəb olacaq. Yəni etibarnamə tələbi tamamilə ləğv olunmur, ər-arvada münasibətdə bu tələbin zəruriliyi aradan qaldırılır”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qaçaq Nəbinin çəkilmiş yeganə şəkli, 1895-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR