Etibarnamə ilə idarə edilən avtomobilin sahibinin sürücülük vəsiqəsi yoxdursa, cərimə yazılır? - AÇIQLAMA
Bir neçə sürücüyə avtomobili vəsiqəsiz idarəetmə adı ilə elektron qaydada cərimələr gəlib.
Ens.az Pravda.az-a istinadən xəbər verir ki, bu barədə “Avtostop” verilişinin aparıcısı Tural Yusifov bildirib.
Pivə içən kişilər süd verə bilərlər”
O bildirib ki, bir neçə gündür sürücülər cərimələrlə bağlı ona müraciət edirlər: “Gün ərzində, təxminən, 10-12 mesaj və ya zəng gəlir ki, “həyat yoldaşımın, qardaşımın və ya başqa yaxınımın sürücülük vəsiqəsi yoxdur, etibarnamə əsasında onun avtomobilini idarə edirdim. Mənə cərimə gəlib ki, sürücülük vəsiqəsi olmadan nəqliyyat vasitəsini idarə etmisən. Bu, xüsusi texniki avadanlıq vasitəsilə aşkara çıxarılmış qayda pozuntusu kimi göstərilir. Yəni kameraya düşmüsən”. Sual yaranır ki, cəriməni doğru yazıblar, yoxsa yox? Birmənalı surətdə səhv yazıblar. Birincisi, bu, məntiqli deyil, çünki kimsə avtomobilə sahib olubsa, onun sürücülük vəsiqəsinin olması önəmli deyil. Bu şəxs mülk sahibidir və istədiyi mülkü istədiyi şəxsə etibarnamə əsasında verə bilər. İkincisi, xüsusi texniki avadanlıqlarla aşkara çıxarılan qayda pozuntularının siyahısı var. Onların arasında 332-ci maddə yoxdur. Yəni bir vətəndaş avtomobil idarə edirsə, onun sürücülük vəsiqəsinin olub-olmaması yerində müəyyən edilə bilər. Məsələn, sürücü radara düşür, onun ünvanına, yaxud SMS-lə cərimə göndərilir. Vətəndaş cəriməni ödəmək üçün müraciət edəndə, o zaman yerində müəyyən olunur ki, onun vəsiqəsi yoxdur. Bu halda vətəndaşa sürücülük vəsiqəsi olmadan nəqliyyat vasitəsinin idarə edilməsi haqqında protokol yazılır. Etibarnamə əsasında sürücülük vəsiqəm ola-ola yaxınımın maşınını sürürəmsə, mənə niyə 100-200 manatlıq cərimə yazılmalıdır? Bu, nə doğru deyil, nə də məntiqli. Bu protokoldan 100% şikayət etmək, onu ləğv etdirmək lazımdır. Ümumiyyətlə, bu praktikanı etməmək lazımdır. Vətəndaşın özündən soruşmadan, dəqiqləşdirmədən belə bir protokol yazılması heç bir halda doğru deyil”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət