Slimfit
  1. DÜNYA

Ət qoxusuna görə qonşusunu şikayət etmişdi - Minlərlə insan evinin qarşısında barbekü edəcək

Ət qoxusuna görə qonşusunu şikayət etmişdi - Minlərlə insan evinin qarşısında barbekü edəcək
Sakura

Ət qoxusuna görə qonşusunu şikayət etmişdi - Minlərlə insan evinin qarşısında barbekü edəcək

Qərbi Avstraliyanın paytaxtı Perthdə yaşayan Cilla Carden adlı vegeterian qadın ötən həftələrdə həyətlərində tez-tez barbekü qonaqlığı edən qonşularından şikayətçi olub.

Metbuat.az xarici mediaya istinadla bildirir ki, Carden hədsiz barbekü dumanının onu narahat etdiyini və ət qoxusu üzündən öz həyətini istədiyi kimi istifadə edə bilmədiyini bildirərək məhkəməyə müraciət edib.

Bundan başqa qonşuların uşaqlarının da səsindən narahat olduğunu bildirən qadın "Həyətə nə vaxt getsəm balıq qoxusu gəlir" deyib.

Bu hadisə bütün məhəllədə yayılıb və sosial mediada da müzakirə olunub. "Facebook"da Cardenə qarşı olan insanlardan ibarət səhifə yaradılıb. Səhifənin başlığında "Cillanın qədim ənənəni məhv etməsinə izn verməyin. Barbekü üçün bizə qatılın" sözləri yazılıb.

Təxminən 2 min nəfər Cardenin evinin qarşısında təşkil olunan barbekü məclisinə qatılacağını bildirib. 6 min nəfər isə "getməyi düşünürəm" seçimini işarələyib.

Carden bunun çox mənasız olduğunu bildirərək "Ət yeyən insanlara hörmət edirəm. Bu ət yeyənlər və yeməyənlər arasındakı bir mübahisə deyil. Sadəcə iki qonşu arasında anlaşılmazlıqdır" sözlərini deyib.

Cardenin vəkili isə sözü gedən tədbirə qatılmağı düşünənlərə "Evə təhlükəsizlik kameraları yerləşdiriləcək. Barbeküyə qatılanları cəza gözləyə bilər" xəbərdarlığını edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşa, Qarabağı Könüllü Müdafiə Batalyonu - 1992-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR