Slimfit
  1. TEXNOLOGİYA

Əşyaları görünməz edən yeni texnologiya yaradılıb

Əşyaları görünməz edən yeni texnologiya yaradılıb
Sakura

İspaniyanın Estremadur Universitetinin tədqiqatçılarının apardığı yeni işdə bir sıra obyektləri görünməz…

İspaniyanın Estremadur Universitetinin tədqiqatçılarının apardığı yeni işdə bir sıra obyektləri görünməz edən materialların elektromaqnit xüsusiyyətləri öyrənilib.

ICTnews” Elektron Xəbər Xidməti “Naukatv” resursuna istinadən yazır ki, layihənin ideyası görünməzliyə kənar örtüklə deyil, aşqar materiallar vasitəsilə nail olmaqdan ibarətdir. Tərtibatçıların sözlərinə görə, görünməz örtüklər yaratmağa imkan verən əksər üsullar işığı obyektin ətrafından keçməyə məcbur edən müəyyən materialların qeyri-adi xüsusiyyətlərindən istifadə edir. Bu metodu aşqarların köməyi ilə həyata keçirmək mümkün deyil, çünki obyekt işığın təsirinə məruz qalır və istənilən halda onunla əlaqəyə girməyə məcbur olur. Yeni tədqiqat obyekti və onun aşqarını eyni anda görünməz edən plazmonik maskalanmadan istifadəni nəzərdə tutur.  

Üsul kənar qurğudan istifadə etmədən obyektin daxildən görünməzliyinə nail olmağa imkan verir. Bundan başqa, aşqarlardan istifadə edilməklə görünməzlik obyektə kənar maskalanmaya mane olmadan öz mühiti ilə təmasa şərait yaradır. Hazırda texnologiya yalnız kiçikölçülü obyektlərlə işləyir, lakin tədqiqatçıların fikrincə, gələcəkdə texnologiyanın təkmilləşdirilməsi üçün perspektivlər ümidvericidir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sadovı küçəsindən İçərişəhər mənzərəsi, Bakı, 19-cu əsrin sonu - 20-ci əsrin əvvəlləri.

Redaktor seçimi

SON XƏBƏRLƏR