Slimfit
  1. DÜNYA

“Əşyalar interneti” qurğularında ciddi boşluq aşkarlanıb

“Əşyalar interneti” qurğularında ciddi boşluq aşkarlanıb
Sakura

“Əşyalar interneti” qurğularında ciddi boşluq aşkarlanıb

İnformasiya təhlükəsizliyinin təmini üçün həllər tərtibatçısı - "Armis" şirkəti təxminən 500 milyon "Əşyalar interneti" qurğusunda ciddi boşluq aşkarlayıb. Risk qrupuna kiberhücumlara məruz qalacaq avadanlığın əksər hissəsinə malik olan şirkətlər daxildir.
 
"ICTnews" Elektron Xəbər Xidməti "DailyComm www.dailycomm.ru" resursuna istinadən yazır ki, mütəxəssislərin sözlərinə görə, söhbət ilk dəfə 10 il əvvəl qeydə alınan "DNS rebinding" hücumlarından gedir. Belə kiberhücumlarda zərərli internet səhifəsi istifadəçi brauzerini digər sayt və servislərə müraciət edən skripti işə salmağa məcbur edir. Bu qurğuların ələ keçirilməsi və gələcəkdə onlardan cinayətkarı maraqlandıran lokal şəbəkə daxilində "retranslyasiya nöqtəsi" kimi istifadə üçün tətbiq edilir.
 
"Armis" mütəxəssislərinin fikrincə, milyonlarla "Əşyalar interneti" qurğusu uğurlu "DNS rebinding" hücumları üçün hədəfə çevrilə bilər. Problem bütün "ağıllı" qurğular, o cümlədən televizor, marşrutlayıcı, müşahidə kamerası, printer, IP telefonlar və s. üçün təhlükəlidir. Hazırda "ağıllı" qurğuların korporativ şəbəkələrə sıx inteqrasiya olması və cinayətkarlar üçün rahat platforma kimi çıxış etməsi vəziyyəti daha da çətinləşdirir.
 
"Armis" istehsalçıları qeyd edilən kibertəhlükə barədə məlumatlandırıb.

Nizam Nuriyev

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yəhudi alimlər sübut edib ki, bir insan 3 gün davamlı yuxuya gedib yatarsa, o zaman o ayılanda kim olduğunu unudar!

Redaktor seçimi

SON XƏBƏRLƏR