Slimfit
  1. DÜNYA

“Əşyalar interneti” qurğularına qarşı həyata keçirilmiş kiberhücumların sayı iki dəfə artıb

“Əşyalar interneti” qurğularına qarşı həyata keçirilmiş kiberhücumların sayı iki dəfə artıb
Sakura

“Əşyalar interneti” qurğularına qarşı həyata keçirilmiş kiberhücumların sayı iki dəfə artıb

Bu ilin may-iyun ayları ərzində marşrutlayıcı və “Əşyalar interneti” qurğularına qarşı həyata keçirilmiş kiberhücumların sayı iki dəfədən çox artıb.

AZƏRTAC “dailycomm.ru”ya istinadla xəbər verir ki, hücumların artması “Mirai”, “IoTroop/Reaper” və “VPNFilter” kimi belə zərərli proqramların geniş yayılması ilə bağlıdır. Bu haqda informasiya təhlükəsizliyinin təmini üçün proqram təminatının hazırlanması ilə məşğul olan “Check Point Software” şirkətinin nümayəndəsi deyib.

Cari ilin iyulunda dünya üzrə bütün təşkilatların 45 faizi bu boşluqlara görə hücuma məruz qalıb, iyunda bu göstərici 35 faiz, mayda isə 21 faiz olub. Bütün bu boşluqlar hakerlərə zərərli kodu icra etməyə və uzaq məsafədən lazımi qurğular üzərində nəzarəti ələ keçirməyə imkan verir.

Mobil qurğular üçün ən aktiv zərərli proqramlar sırasına “Lokibot” (“Android” sistemi üçün bank troyanı, həmçinin inzibatçı hüquqlarının silinməsi halında telefonu bloklayan zərərli proqrama çevrilə bilər) və “Triada” (“Android” üçün modulyar bekdor, yüklənilən zərərli proqrama superistifadəçi hüququ verir və beləliklə, onun sistem proseslərinə daxil olmasına imkan yaradır) daxil edilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynəlabdin Tağıyevin dəstəyi ilə təşkil olunan qızlar məktəbi, Bakı

Redaktor seçimi

SON XƏBƏRLƏR