Slimfit
  1. DÜNYA

Estoniyanın DİN rəhbəri Finlandiyanın baş nazirini satıcı adlandırıb

Estoniyanın DİN rəhbəri Finlandiyanın baş nazirini satıcı adlandırıb
Sakura

Estoniyanın DİN rəhbəri Finlandiyanın baş nazirini satıcı adlandırıb

Estoniyanın Dаxili İşlər Nazirliyinin (DİN) başçısı, Mühafizəkar Xalq Partiyasının sədri Mart Helme Finlandiyanın nəqliyyat və rabitə naziri olmuş Sanna Marinin baş nazir vəzifəsinə təyin olunmasına reaksiya verib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə TRE "Raadio" radiostansiyası bildirib.

Məlumata görə, Estoniyanın DİN rəhbəri "satıcının baş nazir vəzifəsinə qədər ucaldığını" bildirib.

Onun fikrincə, belə təyinatdan sonra "saçlar biz-biz durur".

"Mən bununla əlaqədar olaraq Vladimir Ulyanov Leninin sözlərini xatırladardım ki, istənilən aşpaz nazir ola bilər və ya o belə ifadə edib", - deyə DİN rəhbəri qeyd edib. 

Nazir hesab edir ki, beləliklə "satıcı baş nazir vəzifəsinə qədər qalxıb".

Həmçinin Helme "küçə aktivistlərinin və savadsız insanların" fin hökumətinin üzvü olmasına təəssüfünü ifadə edib.

Qeyd edək ki, Finlandiyada Sosial Demokrat Partiyasının sədri seçilən 34 yaşlı Sanna Marin solçu hökumət koalisiyasının rəhbəri olub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Naməlum yol - Nepal, Lantanq milli parkı, Aprel 2015. Fotoqraf - Dmitri Kupraçeviç

Redaktor seçimi

SON XƏBƏRLƏR