Dərc edildi: Baxış sayı: 520
Estoniyada yeni hökumət formalaşdırılacaq
Estoniya İslahatlar Partiyasının sədri xanım Kaya Kallas ölkə prezidentindən hökuməti formalaşdırmaq təklifi alıb.
AZƏRTAC xəbər verir ki, prezidentlə görüşdən sonra mətbuata açıqlama verən xanım K.Kallas bu barədə məlumat verib.
Ölkə konstitusiyası bu addım üçün 14 gün vaxt verilməsinə baxmayaraq, o, yeni hökumətlə bağlı təkliflərini bir iş həftəsindən sonra, aprelin 15-də parlamentə təqdim edəcək. K.Kallas artıq sosial-demokratlarla bu mövzuda uğurlu müzakirələr apardığını da bəyan edib. O, vurğulayıb ki, hazırlanan təklif, koalisiya razılaşması deyil, yalnız idarəetmənin əsas prinsiplərini ehtiva edir.
Aygün Əliyeva
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət