Slimfit
  1. MEDİA

Estoniya-Azərbaycan parlamentlərarası dostluq qrupu MEK-də

Estoniya-Azərbaycan parlamentlərarası dostluq qrupu MEK-də
Sakura

Estoniya-Azərbaycan parlamentlərarası dostluq qrupu MEK-də

Noyabr ayının 2-də ölkəmizdə səfərdə olan Estoniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Sven Sesterin rəhbərlik etdiyi nümayəndə heyəti- sədr müavini Mixail Korb, qrupun üzvi Erki Saavisar və Milli Məclisin Azərbaycan-Estoniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Jalə Əhmədova AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) olublar.

MEK-də keçən görüş zamanı, baş direktor, professor Məmməd Əliyev qonaqlara kitabxananın yaranma tarixi və fəaliyyət istiqamətləri haqqında geniş məlumat verib. Həmçinin, Estoniya kitabxanaları ilə kitabxanalararası mübadilə və bu istiqamətdə geniş əməkdaşlıq məsələləri müzakirə edilib.

Sonra qonaqlar MEK-in sərgi salonunda nümayiş edilən, xalqımızın ümummilli lideri Heydər Əliyevin, Prezident İlham Əliyevin və ölkənin Birinci vitse prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətlərini əks etdirən nəşrlərdən ibarət daimi sərgilərlə, eləcə də dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi və xalq yazıçısı Mirzə İbrahimovun doğum günü ilə əlaqədar təqdim olunan kitablarla tanış olublar. 

Daha sonra də MEK-in “Qarabağ müharibəsi qəhrəmanları” fonduna baxış keçirilib. Baş direktor, professor Məmməd Əliyev nümayəndə heyətini fondda Azərbaycan xalqının böyük oğlu, ulu öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Qarabağ bölgəsində müxtəlif dövrlərdə çəkilmiş şəkilləri, “Qarabağ Azərbaycandır!” guşəsində 50-ə yaxın müharibə iştirakçılarının fotoları, onların şəxsi kitabxanalarından ailələri tərəfindən fonda hədiyyə olunan kitablardan ibarət kolleksiya, eləcə də Azərbaycan Respublikasının xəritəsi üzərində 3000-ə yaxın şəhid adlarının əks olunduğu “Zəfər memarları” guşəsi haqqında ətraflı məlumatlandırıb, torpaqlarımızın düşmən tapdağından azad olunmasında canlarını fəda edən şəhidlərimizin xatirəsinin, ölkəmizin hər yerində olduğu kimi, MEK-də də əziz tutulduğunu qeyd edib.

Bundan əlavə, Estoniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Sven Sester 20-yə yaxın ölkənin diplomatik nümayəndəliyinin təmsil olunduğu MEK-in Diplomatik fondunda Estoniyaya aid guşənin yaradılması üçün tələb olunan vəsaitlərin ən qısa zamanda kitabxanaya təqdim ediləcəyini bildirib.

Qonaqlar yüksək səviyyədə təşkil olanan görüşə və qonaqpərvərliyə görə təşəkkür edərək, kitabxana haqqında müsbət fikirlər səsləndirib, xoş təəssüratlarını bölüşüblər.

Sonda qonaqlara MEK tərəfindən dəyərli nəşrlər təqdim olunub, xatirə şəkilləri çəkilib.

AMEA Mərkəzi Elmi Kitabxananın

İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi

pr.mek.az@gmail.com

(012) 539-73-67 (daxili 14-14)

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Tısbağanı xilas etdi

Redaktor seçimi

SON XƏBƏRLƏR