Slimfit
  1. MEDİA

“Əsrin müqaviləsi” nin imzalanmasından 28 il ötür

“Əsrin müqaviləsi” nin imzalanmasından 28 il ötür
Sakura

“Əsrin müqaviləsi” nin imzalanmasından 28 il ötür

“Əsrin müqaviləsi” nin imzalanmasından 28 il ötür

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) “Əsrin müqaviləsi” nin 28 illiyi və Neftçilər Günü münasibətilə sərgi təşkil olunub.

İki həftə müddətində davam edəcək sərgidə yer alan nəşrlər sırasında İbrahim bəy Musabəyovun “Neft Milyonlar Səltənətində”, V.M.Abbasov, D.N.Məmmədov, S.R.Rəsulov, R.Ə.Cəfərova və M.M.Abbasovun “Neft Kimyası və Neftin İlkin Emalı”, M.Z. Kərimovun “Neft və Qaz Layihələrinin İdarə Olunmasının Riyazi Təminatı ”, V.M.Abbasov, H.C.İbrahimov, S.R.Hacıyeva, S.Ə.Məmmədxanova, E.Ş.Abdullayev və F.Ə.Əmirovun “Neft və Qaz Emalı Proseslərinin Kimyası və Texnologiyası”, Raif Qaradağın “Neft Fırtınası”, M. Mirzəyev və C.Mirzəliyevin “Neft haqqında nə bilirsiniz?”, A.M.Məhərrəmov və M.R.Bayramovun “Neft Kimyası və Neft-Kimyəvi Sintez”, S.Frederik Starr, Svant E. Kornellin “Bakı-Tbilisi-Ceyhan Boru Kəməri:Qərbə Açılan Neft Pəncərəsi” kitabları və digər nəşrlər yer alır. 

Qeyd edək ki, bu gün “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında” Dövlət Neft Şirkəti (SOCAR) ilə dünyanın aparıcı neft şirkətləri arasında müqavilə imzalanmasından 28 il ötür. Ümummilli lider Heydər Əliyevin 2001-ci il 16 avqust tarixli Sərəncamına əsasən, müqavilənin imzalandığı tarix – 20 sentyabr Azərbaycanda Neftçilər Günü kimi qeyd olunur.

İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi

pr.mek.az@gmail.com

(012) 539-73-67 ( daxili 14-14)

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş ilk 11 nəfərdən biri rus əsilli Yuri Petroviç Kovalyovdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR