Dərc edildi: Baxış sayı: 588
Əşrəfoğlu - İlahi
Eşqin odu ciyərimi,
Yaxa gəldi, yaxa gedər.
Qərib başım bu sevdayi
Çəkə gəldi, çəkə gedər.
Firqət kar etdi canıma,
Gəlsin aşiqlər yanıma.
Eşq zəncirin dost boynuma
Taxa gəldi, taxa gedər.
Bülbül edər zarü əfqan,
Eşq oduna yandı bu can.
Menim könülcüyüm haman
Haqdan gəldi haqqa gedər.
Ariflər durur sözünə,
Qeyri görünməz gözünə.
Əşrəfoğlu yar üzünə
Baxa gəldi, baxa gedər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət