Slimfit
  1. PSİXOLOGİYA

Əsl lider üçün 10 təlimat: TED mühazirələri

Əsl lider üçün 10 təlimat: TED mühazirələri
Sakura

Əsl lider üçün 10 təlimat: TED mühazirələri

Əsl liderin mühüm prinsiplərini əldə etmək və ya təkrarlamaq heç kimə əngəl törətməz . İş dünyasının ən əlamətdar konfranslarından biri olan TED Konfransının çıxışçıları hər gün milyonlarla adamı insanlarda ən yaxşı keyfiyyətləri oyandıran böyük nailiyyətlərə ruhlandırır.

Ens.az "PROMAN Ukrayna"-a istinadən sizdə liderlik hədəflərinizi formalaşdırmağa, yenidən təyin etməyə və ya qurmağa kömək edəcək 10 maraqlı nitq seçırək təqdim edib.

30 gün prinsipi

Elə bir şey varmı nə vaxtsa etmək istəmişdiniz.. ancaq sadəcə ... etmədiniz. Google-da mühəndis olan Met Kats bir prosesi 30 gün ərzində sınamağı təklif edir.

Kats özünün qısa, qayğısız danışığının gedişatında şəxsi hədəflərin sabit nailiyyəti haqqında düşünməyin zərif üsulunu təklif edir.

Böyük rejissor kimi oynayın

İtay Talqam doğma vətəni olan İsraildə 10 illik dirijor karyerasından sonra özünü "insanlar üçün bələdçi" olaraq kəşf etdi - hökumətdə, elmi dairədə, biznesdə və hətta təhsildə.

Şəxsi karyerasında o rəhbər üçün çətin olan bir məsələ ilə rastlaşır: bir kəlmə də demədən mükəmməl harmoniya yaratmaq. İtay Talqam bu füsunkar çıxışında bütün liderlər üçün önəmli dərsləri əks etdirən 20-ci əsrin altı böyük dirijorunun unikal üslublarını nümayiş etdirir.

Bilməcə motivasiyası

Karyera analitiki və söz yazarı Dan Pink, sosioloqların bildikləri, lakin əksər menecerlərin bilmədiyi amillərdən başlayaraq motivasiya sirrini araşdırır: ənənəvi mükafatlar həmişə düşündüyümüz kimi effektiv deyildir.

100 il davam edən bir işi necə qurmaq olar

Beynəlxalq idarəetmə konsaltinq şirkəti olan BCG-nin biznes məsləhətçisi Martin Rivz deyir ki, uzunmüddətli bir iş qurmaq istəyirsinizsə, onda ilham almaq üçün öz immunitet sisteminizdən daha yaxşı bir yer yoxdur.

O, korporativ həyatın daralması ilə bağlı inanılmaz statistikanı bölüşür və menecerlərin dəyişikliklərin qarşısında da inkişaf edən davamlı biznes yaratmaq üçün canlı orqanizmlərin altı prinsipini necə tətbiq edəcəyini izah edir.

Strateji tələ və ona necə düşməmək

Bir şirkəti idarə etmək və eyni zamanda onu ixtira etmək mümkündürmü? Biznes strateq Knut Xanaen üçün innovasiya bacarığı müvəffəqiyyətdən sonra təşkilatın fərqləndirici xüsusiyyətidir. O, artıq bildiklərimizi yaxşılaşdırmaq və tamamilə yeni fikirləri öyrənmək arasında bir tarazlığın tapılması barədə düşüncələrini bölüşür və eyni zamanda iki əsas strateji tələdən necə qorunmağın yollarını izah edir.

Komanda işini necə idarə etmək olar

Gündəlik işinizdə gizli qalan yaradıcılığı kəşf etməyin və hər bir mükəmməl fikrə fürsət verməyin sirri nədir? Harvard Universitetinin professoru, " Kollektiv dahi"-nin həmmüəllifi Linda Hill dünyanın ən kreativ şirkətlərindən bəzilərinin işlərini tədqiq edib. Onun əsas məqsədi şirkətlərdə "yaradıcı" olaraq təyin olunanlar deyil, orada çalışan hər kəsə mükəmməl ideyaları reallaşdırmaq üçün vasitələr və üsullar təqdim etmək olub.

Qərarlarımızı nəzarətdə saxlayırıqmı?

Davranış iqtisadçısı, "Əvvəlcədən deyilən irrasional" kitabının müəllifi Dan Arili qərar verərkən düşündüyümüz qədər rasional olmadığımızı göstərmək üçün klassik vizual illüziyalardan və özünün şəxsi ziddiyyətlərini ( bəzən heyrətləndirən) tədqiqat nəticələrində istifadə edir.

Xoşbəxtliyin sirləri

Mütəxəssis Mihai Çiksentmixali soruşur: "Həyatı ləyaqətli həyat edən nədir?" Pulun bizi xoşbəxt edə bilməyəcəyini qeyd edərək, "axın" vəziyyətinə səbəb olan hərəkətlərdə zövq və uzunmüddətli məmnuniyyət tapanlara diqqət çəkir.

Bir başlanğıcın uğurlu olmasının yeganə səbəbi

Bill Gross bir çox startapların əsasını qoyub, bir çoxlarını isə inkubasiya edib və onlardan bəzilərinin niyə müvəffəqiyyətli olduğu, bəzilərinin isə uğursuz olmasının səbəbləri üzərində düşünüb. Bu məqsədlə özünün və başqa yüzlərlə şirkətdən əldə etdiyi məlumatları toplayaraq, onların əsasında hər bir kompaniyanı beş əsas amilə görə qiymətləndirib. O, digərlərindən fərqlənən bir amil tapıb və bu, hətta onu da təəccübləndirib.

Xoşbəxtliyin inanılmaz elmi

Harvard psixoloqu və "Xoşbəxtlik haqqında büdrəmə" kitabının müəllifi Den Gilbert "istədiyimizi əldə etməsək, bədbəxt olacağıq" fikrini yaxına buraxmır: "Psixoloji immunitet sistemimiz", işlərimiz planlaşdırıldığı kimi getməsə belə, həqiqətən özümüzü xoşbəxt hiss etməyə imkan verir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səhra Aslanı Ömər Muxtar, Faşist İtalyan qüvvələri tərəfindən tutularaq edama aparılması

Redaktor seçimi

SON XƏBƏRLƏR