Slimfit
  1. AZƏRBAYCAN

Əsl deputatın necə olduğunu görmək, bilmək istəyirsinizsə

Əsl deputatın necə olduğunu görmək, bilmək istəyirsinizsə
Sakura

Əsl deputatın necə olduğunu görmək, bilmək istəyirsinizsə

Çətini bu dəfədir. Sağlıq olsun, beş ildən sonra Rauf Arifoğlu deputatlığa namizəd olanda vəkillərinin, səlahiyyətli nümayəndələrinin, seçki qərargahının digər üzvlərinin üzərinə çox da ağır yük düşməyəcək.

Hətta əminliklə deyə bilərəm ki, gələn dəfə Xətai rayonundakı başqa seçki dairələrinin ərazisində yaşayan yüzlərlə seçici Rauf Arifoğluna müraciət edərək, namizədliyini məhz onların dairəsindən irəli sürməsini istəyəcək, parlamentdə onların təmsilçisi olmasını xahiş edəcəklər.

 Buna çox əminəm. Çünki Rauf Arifoğlunu 35 ildir tanıyıram. 35 il az vaxt deyil, nəinki bir igidin, hətta tarixdə ad qoymuş kişilərin ömrüdür.

Əminliiyimin başlıca səbəbi Rauf Arifoğlunun çalışqanlığına, enerjisinə, qurub-yaratmaq, problem həll etmək bacarığına, xeyirxahlıq etmək əzminə yaxşı bələd olmağımdır.

Rauf Arifoğlu bu dəfə deputat seçilsə, 35 saylı dairənin seçiciləri də onun bacarıq və qabiliyyətlərinə bələd olacaq, cari 5 ildə əsl deputatın necə olduğunu görəcəklər.

Rauf Arifoğlu bu dəfə deputat seçilsə, ilin sonunda “ilin ən fəal deputatı” seçiləcək.

Məlum olacaq ki, il ərzində seçicilərinin problemlərini ən çox həll edən, seçiciləri ilə ən çox görüşən, ən çox şikayət qəbul edən və onları lazımi ünvanlara çatdıran, aktual mövzularda ən çox çıxış edən, ən əsası, seçicilərin ən məmnun qaldığı deputat o olub.

Bilindiyi kimi, indiyə qədər belə deputatlarımız az olub – bir əlin beş barmağı qədər ola, ya olmaya. Onlardan birinin haqqında tez-tez başqa rayonların sakinləri tərəfindən səslənən bu sözləri eşitmək olar: “Kaş bizim deputatımız o olaydı”.

Bu, əbəs yerə deyilən sözlər deyil. Xalq həmin xanım deputatın fəaliyyətini, seçicilərə qarşı səmimi münasibətini görür və qiymətləndirir. Həmin xanım deputat (adını çəkməsəm də hamı söhbətin Qənirə Paşayevadan getdiyini bilir) təkcə öz seçicilərinə münasibətdə elə deyil, başqa rayonların sakinlərinə, bütün xalqa münasibətdə o cüt pozitiv düşüncənin və fəaliyyətin sahibidir.

Demək, istəyəndə, bacaranda, çalışqan və xalqla səmimi olanda ad-san da qazanmaq olur, savab da. Rauf Arifoğlu bunu ürəkdən istəyən, var gücü ilə buna çalışan namizəddir, ona görə də elə bu ilin sonunda “xalqın sevimli deputatı” ünvanını qazanacaq. Ən yaxşısı o olacaq ki, o, başqa deputatlara da nümunə olacaq və onların bir çoxu məhz bu cür çalışaraq xalqın qarşısına üzüağ çıxmaq, etimadını qazanmaq istəyəcəklər.

Bunu bir dəfə yazmışam, yeri gəlib, yenə, bir az təfərrüatla yazıram. Rauf Arifoğlu elə bir enerjiyə, inadkarlığa, məqsədinə çatmaq bacarığına malikdir ki, o, futbol məşqçisi olsaydı, rəhbərlik etdiyi milli komanda dünya şempionatınamütləq vəsiqə qazanardı; bəstəkar olsaydı, ölkəsinin adını Arif Məlikov qədər tanıdardı; yazıçı olsa, dünya miqyasında tanınan yazıçı olardı.

Sual çıxa bilər ki, bəs o, jurnalist olub, nə edib? Rauf Arifoğlu 30 illik jurnalistlik dönəminin son 22 ilini zirvədə olub, ölkənin ən çox oxunan qəzetinə, ən çox ziyarət olunan saytına rəhbərlik edib, 30 il əvvəl bəsit şəkildə dərcinə başladığı “Yeni Müsavat” qəzetini 5 saytdan, 1 qəzetdən, 1 internet televiziyasından ibarət media qrupuna çevirib, ölkədən kənarda ən çox tanınan jurnalist olub, başqa ölkələrin prezidentləri ilə, baş nazirləri ilə görüşlər keçirib və sair və ilaxır.

Bütün bunlar haqqında çox danışmaq, yazmaq olar, ancaq bu, seçicilər üçün, bəlkə də, maraqlı olmaz. Onlara mandat verəcəkləri adamın necə işləyəcəyi, onların işinə yarayıb-yaramayacağı maraqlıdır.

Yuxarıda dediyim kimi, Rauf Arifoğlu mandatı alandan sonra seçicilərindən uzaq duran, seçicilərin tanımadığı deputatlardan olmayacaq. Elələri də var. Ötən yay şəhərətrafı qəsəbələrdən birininin sakinləri bir problemlərinin həlli üçün qəzetə müraciət etmişdilər. Biz onların şikayətini dərc etdik, amma dedik ki, deputatınız da əlaqədar təşkilatlara müraciət etsin. 20-yə qədər yaşlı-yetkin kişinin cəmi biri öz deputatlarının adını xatırladı, yerdə qalan heç biri deputatın nə üzünü görmüşdülər, nə də adını eşitmişdilər.

Amma 35 saylı seçki dairəsinin seçicilərinin hamısı (uşaqlı-böyüklü) seçildiyi gündən etibarən Rauf Arifoğlunun üzünü də görəcəklər, daimi qərargahının yerini də biləcəklər, səsini də eşidəcəklər.

Rauf Arifoğlunun tam ad-soyadı isə belədir: Abbasov Rauf Arif oğlu. Bu ad-soyad seçki bülletenində qarşınıza çıxanda tərəddüd etmədən səs verin. Əgər o, yazının ikinci abzasında deyildiyi kimi çalışmasa, o cür deputat olmasa, Rüstəm Rüstəmov 44 (“Neftçilər” metrostansiyasının yaxınlığında) ünvanına gəlin, yazdıqlarıma cavabdehəm.

 

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1921-ci ilin avqust ayında İraqın ilk Kralı I Feysəlin taxta çıxma mərasimi. Ətrafında iraqlılar yox, ingilislər var ...

Redaktor seçimi

SON XƏBƏRLƏR