Slimfit
  1. SİYASƏT

Əsgərimizin döyülmə videosunu kim və niyə yaydı?

Əsgərimizin döyülmə videosunu kim və niyə yaydı?
Sakura

Əsgərimizin döyülmə videosunu kim və niyə yaydı?

Əsirlərə qarşı bu cür davranış Cenevrə Konvensiyasının kobud pozuntusudur və heç şübhəsiz ki, cinayəti törədənlər məsuliyyətə cəlb edilməlidir. Bu, məsələnin hüquqi tərəfidir. Məsələnin siyasi tərəfi isə ondan ibarətdir ki, bu cür hadisələrin baş verməsi və görüntülərin yayılması iki qonşu xalq arasında uzun illər ərzində yaranan qarşılıqlı nifrətin alovlandırılmasına xidmət edir.

Ens.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri politoloq Kamran Cəfərov bir neçə gün öncə qatı duman səbəbindən azaraq, Ermənistana keçən və bu gün saxlanılan hərbçimiz Hüseyn Axundovun dəhşətli işgəncəyə məruz qaldığını əks etdirən görüntülər haqda qeyd edib.

O bildirib ki, azərbaycanlı əsirə qarşı qəbuledilməz, qəddar davranış siyasi motivli təxribatdır.

Onun fikrincə, bu təxribatın kimə lazım olduğu hər kəsə bəllidir:

“Dayanıqlı sülhün bərqərar olması ölkəmiz və regionumuzun inkişafı üçün ən vacib şərtlərdən biridir. Sivil dünya bunu başa düşür və diplomatiya yolu ilə dayanıqlı sülhün bərqərar olunması üçün çalışır. Rəsmən "terroru maliyyələşdirən" ölkələr kimi tanınan qonşularımız isə bu statusa layiq olduqlarını növbəti dəfə sübut edirlər və sülhün pozulması istiqamətində çalışırlar.

Amma sülhsevərlik təslimçilik anlamına gəlməməlidir, gəlməyəcək də və əgər bu gün Rusiyanın proksi qüvvəsi rolunu üzərinə götürən qonşu xalqın nümayəndələri düşünürlərsə ki, bu cür davranış cəzasız qalacaq, onlar yanılırlar”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sovet-İran sərhədi, 31 dekabr 1989-cu il.

Redaktor seçimi

SON XƏBƏRLƏR