Dərc edildi: Baxış sayı: 1932
Əsgərimiz dəfn olundu
Dövlət Sərhəd Xidmətinin ötən gün həlak olan əsgəri Eltun Elman oğlu Qarayevin cənazəsi Bərdə rayonunda ailəsinə təhvil verilib.
"Qafqazinfo" xəbər verir ki, 19 yaşlı əsgərin cənazəsi bu gün Şəhidlər Xiyabanında torpağa tapşırılacaq.
Qeyd edək ki, Azərbaycan XİN rəsmi məlumatında Eltun Qarayevin Ermənistan silahlı qüvvələrinin açdığı atəş nəticəsində qətlə yetirildiyini bildirib.
***
Eltun Qarayevin cənazəsi dəfn olunması üçün Bərdənin Şəhidlər Xiyabanına gətirilib və burada torpağa tapşırılıb.
Dəfn mərasimində əsgərin ailə üzvləri, yaxınları və DSX-nın nümayəndələri iştirak edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət