Slimfit
  1. AZƏRBAYCAN

Əsgəran erməniləri Ağdamda payızlıq taxıl əkir...

Əsgəran erməniləri Ağdamda payızlıq taxıl əkir...
Sakura

Əsgəran erməniləri Ağdamda payızlıq taxıl əkir...

Azərbaycanın, demək olar ki, 30 ildir işğal altında qalan keçmiş Əsgəran rayonunda yaşayan ermənilər Ağdam  rayonunun işğal altındakı düzənlik ərazilərində də taxıl əkir.

Moderator.az xəbər verir ki, Əsgəran erməniləri bu haqda Xankəndindəki ermənidilli separatçı nəşrlərə müsahibəsində Əsgəran “rayonu” “administrasiyası” “kənd təsərrüfatı şöbəsinin” rəhbəri hesab edilən Artsa Qulyan danışıb. 

Onun sözlərinə görə, “rayon” ərazisində  7825 hektar sahədə taxıl məhsulları əkilib ki, bunun da xeyli hissəsini “Akna” adlandırılan Ağdamın düzən yerlərində əkilmiş  payızlıq taxıl məhsulları əhatə edir.

Xatırladaq ki, separatçı erməni rejimi Ağdam rayonunun işğal altlndakı torpaqlarını “inzibati cəhət”dən  Əsgəran və “Martuni”(Xocavənd) “rayon”ları arasında bölüb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Payız meşəsinin mozaikası

Redaktor seçimi

SON XƏBƏRLƏR