Slimfit
  1. CƏMİYYƏT

Əsgər Həsənov da vəzifəsindən azad edildi

Əsgər Həsənov da vəzifəsindən azad edildi
Sakura

Əsgər Həsənov da vəzifəsindən azad edildi

Bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən Bakı şəhəri Nərimanov rayon prokurorunun köməkçisi Həsənov Əsgər Novruz oğlunun prokurorluq işçisinin adına yaraşmayan hərəkətlərə yol verməsi ilə bağlı informasiyalar paylaşılıb.

Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat xidmətindən verilən məlumata görə, bununla bağlı Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsi tərəfindən müvafiq yoxlama aparılıb.

Toplanmış materiallar Baş Prokurorluğun “İşin Təşkili Qaydaları” əsasında yeni yaradılmış İntizam Komissiyasına təqdim olunub.

İntizam Komissiyasında xidməti yoxlama materiallarına baxılaraq Əsgər Həsənovun “Azərbaycan Respublikası Prokurorluğu İşçilərinin Etik Davranış Kodeksi”nin tələblərini pozaraq prokurorluq orqanlarında formalaşdırılmış nizam-intizam qaydalarının tələblərinə riayət etməməsi, o cümlədən eyni xarakterli pozuntularla əlaqədar Baş Prokurorluq üzrə əvvəllər verilmiş müvafiq əmrlərdən nəticə çıxarmaması müəyyən edildiyindən onun intizam məsuliyyətinə cəlb olunması ilə bağlı Baş prokurora təqdimatla müraciət olunub.

Baş Prokuror Kamran Əliyevin 26 avqust 2020-ci il tarixli əmri ilə Əsgər Həsənov rütbədən məhrum edilməklə prokurorluq orqanlarından xaric edilib.

Mənbə: Pravda.Az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Zəngin Romalılar saatlarla davam edən möhtəşəm ziyafətlərdə yeməyə davam etmək üçün zaman-zaman qusarlardı

Redaktor seçimi

SON XƏBƏRLƏR