Slimfit
  1. DÜNYA

Əsgər getməmək üçün 81 yaşlı qadınla evləndi

Əsgər getməmək üçün 81 yaşlı qadınla evləndi
Sakura

Əsgər getməmək üçün 81 yaşlı qadınla evləndi

Ukraynada hərbi xidmətdən yayınmaq istəyən 24 yaşlı gənc qəribə yola əl atıb.

Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Aleksandr Kondratyuk 81 yaşlı əqli qüsurlu qohumu ilə evlənib. Ukrayna qanunvericiliyinə görə, fiziki məhdudiyyətli həyat yoldaşına qulluq edən şəxslər hərbi xidmətdən azad oluna bilərlər. Bu səbəbdən Aleksandr özündən 57 yaş böyük Zinaida İllarionovna ilə evlənib.

Jurnalistlər məsələdən xəbər tutduqdan sonra qadınla əlaqə saxlayaraq ondan gənc ərinin məqsədini soruşublar. Zinaida iddiaları rədd edərək ərinin ona çox yaxşı baxdığını deyib. Qonşular isə əksinə, Aleksandrın Zinaidanın evinə gəlmədiyini bildiriblər.

Bununla belə, Aleksandr nənəsinin 81 yaşlı bacısı ilə nikah şəhadətnaməsini sübut olaraq komissarlığa təqdim edib və hərbi xidmətdən yayınıb.

 


Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xəzər dənizinin tarixən 100-dək adı olmuşdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR