Slimfit
  1. GÜNDƏM

Əsgər anası: Vətənin keşiyində duran igid oğullarımıza tezliklə xalqımıza qələbə sevinci yaşatmağı arzulayıram

Əsgər anası: Vətənin keşiyində duran igid oğullarımıza tezliklə xalqımıza qələbə sevinci yaşatmağı arzulayıram
Sakura

Əsgər anası: Vətənin keşiyində duran igid oğullarımıza tezliklə xalqımıza qələbə sevinci yaşatmağı arzulayıram

Vətən hər birimizin qüruru, vüqarı, əbədi səcdəgahıdır. Vətənini sevmək “Mən vətənpərvərəm” deməklə başa çatmır. Vətəni sevmək onun müqəddəs torpağını, xalqı sevmək deməkdir. Vətənin azadlığı, istiqlaliyyəti müqəddəsdir, ucadır. Bu sevgi hər birimizə uşaq vaxtlarından aşılanır. Valideynlərimiz bizə Vətən torpaqlarının müqəddəs olduğunu öyrədir. Bu sevgi ordu sıralarında daha da qüvvətlənir və bunu yox edəcək qüvvə mövcud deyil. Vətənpərvərlik yalnız döyüşlərdə nümayiş olunmur. Cəmiyyətdə tutduğu mövqeyindən, mənsubiyyətindən asılı olmayaraq, hər kəs Vətənimizə məhəbbətini, bağlılığını üzərinə düşən vəzifəni vicdanla yerinə yetirməklə göstərməlidir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunun hərbi hissələrindən birində keçirilən “Açıq qapı” günündə iştirak edən, övladlarını Vətənə sonsuz məhəbbətlə böyütmüş əsgər anası Reyhan Əsədova deyib.

Dörd oğul anası olan Reyhan xanım bildirib: “Hərbi xidmət hər bir gəncin həyatında mühüm rol oynayır. Bu gün ən xoşbəxt günlərimdən biridir. Dördüncü oğlum Sərvan Vətənimizə və xalqımıza sədaqət andı içdi. Mənim kimi yüzlərlə əsgər anası bu xoşbəxt anları səbirsizliklə gözləyib. Digər üç oğlum düşmənlə təmas xəttində yerləşən hərbi hissələrdə xidmət ediblər. Hər birinin andiçmə mərasimi bütün təfərrüatları ilə yaddaşıma həkk olunub. Onların doğma Azərbaycanımıza müqəddəs borcunu verdiyi üçün qürurlanıram. Övladlarıma “Vətəni sevmək onun torpağını, daşını, havasını, suyunu sevməkdir” deyirdim. Bilirəm ki, Sərvan da ana öyüdünü oğul məsuliyyəti ilə yerinə yetirəcək”.

Həyat yoldaşının da bir vaxtlar könüllü olaraq ordu sıralarına qatıldığını vurğulayan əsgər anası müstəqilliyimizin və ölkəmizin ərazi bütövlüyünün qarantı olan ordumuzun qüdrətinin artmasının yaxından şahidi olduğunu deyib: “Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlərin nəticəsində ordumuzun döyüş qabiliyyəti günbəgün güclənir, maddi-texniki bazası möhkəmlənir, hərbi qulluqçuların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm işlər görülür”.

“Açıq qapı” günündə hərbi hissədə yataqxana, yeməkxana, tibb məntəqəsi, hamam-camaşırxana, qazanxana kompleksi və digər obyektlərlə yaxından tanış olduqlarını vurğulayan R.Əsədova deyib ki, övladlarımızın müasir standartlara cavab verən yataqxanalarda qalması və istirahəti üçün hərtərəfli şərait yaradılıb. Əsgər yeməkxanasında qadın aşpazların çalışması sevindirici haldır. Bu, əsgərlərimizə bişirilən yeməklərin keyfiyyətini artırmaqla yanaşı, onlara ana qayğısını da hiss etdirir.

Ordumuzun qüdrətindən, əsgərlərimiz üçün yaradılan şəraitdən danışan R.Əsədova qeyd edib: “Məhz aparılan uğurlu siyasətin nəticəsi olaraq, ordumuz Cənubi Qafqazda ən güclü və nizami hərbi qüvvədir. Çox sevinirəm ki, oğlum əsgərdir, həm də müasir standartlara cavab verən ordunun əsgəridir. Sərvanın timsalında bütün əsgərlərimizə xidmətlərində nizam-intizamlı olmalarını, komandirlərin əmr və tapşırıqlarını dəqiq və vaxtında yerinə yetirmələrini tövsiyə edirəm. Hərbin sirlərinə dərindən yiyələnsinlər, asudə vaxtlarından səmərəli istifadə etsinlər ki, peşəkar hərbçi kimi formalaşa bilsinlər. Ən böyük arzum odur ki, Vətənin keşiyində duran igid oğullarımız tezliklə Ali Baş Komandan İlham Əliyevin döyüş əmri ilə xalqımıza Qələbə sevinci yaşatsınlar”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanlı rəssam Faiq Əhmədin yaratdığı müasir xalçalar artıq dünyada tanınır. Bu şəkili Fransanın "Creapills" xəbər portalı paylaşıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR