Dərc edildi: Baxış sayı: 291
Əsəd Trampı təriflədi: “Açıq düşməndən yaxşı nə ola bilər ki?”
Suriyanın prezidenti Bəşər Əsəd Donald Trampı ABŞ tarixində ən yaxşı prezident adlandırıb.
“RİA Novosti” xəbər verir ki, bunu Suriya başçısı dövlət telekanallarına müsahibəsində deyib.
Onun sözlərinə görə, Tramp düzgün siyasətlə yox, açıqlığı ilə bəyənilir.
“O açıq deyir: “bizə neft lazımdır”, “bu kəsdən qurtulmaq istəyirik”, “pul müqabilində xidmət təklif edirik”. Bu ABŞ-ın siyasətidir. Açıq düşməndən yaxşı nə ola bilər ki?”, - deyə Əsəd bildirib.
Buna baxmayaraq, Suriya başçısı ABŞ prezidentlərini ümumilikdə cinayətkar adlandırıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət