Dərc edildi: Baxış sayı: 392
Əsəd: Bağdadinin öldürülməsinə inanmırıq!
İŞİD lideri Əbubəkr Bağdadinin öldürülməsinə dair bir dəlil görmədik.
Axar.az xəbər verir ki, bu sözləri Suriya Prezidenti Bəşər Əsəd deyib.
O bildirib ki, bu məsələ ilə bağlı ABŞ-la hər hansı əlaqələri yoxdur və faktlar təqdim edilməyincə Bağdadinin məhv edildiyinə inanmayacaqlar:
“Bu əməliyyatın həqiqətən olub-olmadığını bilmirik. Terror idealogiyasının hökm sürdüyü müddətcə Bağdadi, yaxud digərlərinin öldürülməsi heç nəyi dəyişdirməyəcək”.
Qeyd edək ki, Bağdadinin öldürüldüyü barədə ABŞ Prezidenti Trampın açıqlamasını İŞİD də təsdiqləyib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət