Dərc edildi: Baxış sayı: 443
“Əsas odur ki, işçilərin hüquqları pozulmasın” - Rəis müavini
2018-ci ildə icrası təmin olunmuş şikayət ərizələrinin sayı 6617, cavablandırılmış sorğu məktublarının sayı 1914 olub.
Azvision.az xəbər verir ki, bunu 2 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin rəis müavini Nizami Əhmədov deyib. Onun sözlərinə görə, 2014-cü ildə aşkar olunmuş inzibati xətaların sayı 20 mindən çox olubsa, 2018-ci ildə bu rəqəm 336 təşkil edib.
"Bu, 5 il əvvəl yoxlamaların çox olması ilə əlaqədar idi. 5 il əvvəl inzibati xətalara görə, 4 milyon yarım manata qədər cərimə tətbiq edilmişdisə, ötən il inzibati xətalara görə tətbiq olunan cərimə 1 milyon 300 min manat olub. Bu da yoxlamaların sayına mütənasibdir. Əsas cərimələnmə deyil, əsas odur ki, iş yerləri sağlamlaşdırılsın, nöqsanlar aradan qaldırılsın və işçilərin hüquqları pozulmasın".
N.Əhmədov qeyd edib ki, yol verilmiş pozuntuların təhlili ən çox pozuntu halının (36%) əmək müqavilələrin bağlanmasında olduğunu deyib.
"Bundan əlavə, pozuntu halları əməyin mühafizəsinin tibbi-sosial məsələləri, əmək haqqının hesablanması, texniki təhlükəsizlik qaydalarına əməl edilməsi və başqa hallarda olub. İqtisadiyyatın sahələri üzrə hüquq pozuntuları əsasən topdan və pərakəndə ticarət, avtomobillərin təmiri sektorunda olub (40,4 %)".

Şərhlər
Şərhləri göstər Şərhləri gizlət