Dərc edildi: Baxış sayı: 437
Ərzaq mağazaları və apteklərin fəaliyyətində heç bir məhdudiyyət yoxdur
Ölkə ərazisində koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, insanların kütləvi toplaşdığı məkanlar olduğu nəzərə alınaraq, iri ticarət mərkəzlərinin və Mall-ların fəaliyyəti bir ay müddətinə dayandırılmışdır.
İqtisadiyyat Nazirliyi vətəndaşların nəzərinə çatdırır ki, bu məhdudiyyət ərzaq mağazaları və apteklərin fəaliyyətinə şamil olunmur və həmin obyektlər adi qaydada gündəlik işini davam etdirirlər. Adi iş rejimi həmçinin, ticarət mərkəzləri və Mall-ların nəzdində olan ərzaq mağazaları və apteklərə də aiddir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət