Slimfit
  1. CƏMİYYƏT

Erməniyə "ana" deyən ağdamlı Niyazi

Erməniyə "ana" deyən ağdamlı Niyazi
Sakura

Erməniyə "ana" deyən ağdamlı Niyazi

Torpağı işğal olunan, 3 mindən çox şəhid verən Ağdam rayonunun sakini Niyazi Vəliyev Brüsseldə erməni Violettoy Baqdasaryanın kilsəsinə sığınıb, ona "ana" deyir

O, torpaqların işğalını danıb Azərbaycanın əleyhinə kilsələrdə və beynəlxalq dini mediada çıxış edir

Çox şeylər duymaq və eşitmək olar. İnsanların dinlərini dəyişmələri də normaldı. Lakin anormal odur ki, sənin torpağını işğal edən, qonşularını, qohumlarını öldürən, qaçqın salan bir düşmənə sığınasan, ona ana deyəsən, əlini öpəsən, birlikdə şəkil çəkdirib sosial şəbəkədə yaymaq cəsarəti tapasan. Belə biri milli hisslərini tamamilə itirmiş, Avropada erməni diasporasının vasitəsilə Ermənistanın xüsusi xidmət orqanlarına məlumat ötürən Niyazi Vəliyevdi. Bizə onunla bağlı Brüsseldə yaşayan bir azərbaycanlı məlumat verdi. Dedi ki, bir dəfə eşidib ki, dinini dəyişərək xristianlığı qəbul edən bir ağdamlı erməni diasporasının fəal üzvüdür. O inanmayıb. Araşdırma aparıb və məlum olub ki, deyilənlər həqiqətdir. Niyazi Vəliyev adlı bir ağdamlı ermənilərə qoşularaq hətta “Qarabağ Ermənistanın tarixi torpağıdır” söyləyib.

Bəlkə də inanmayacaqsınız. Düşünəcəksiniz ki, ola bilməz. Amma bunu deyən əsl ağdamlıdır və hətta bizə bu məlumatları göndərən şəxs onun orta məktəb şəklini də göndərib. Biz bu şəkildəkiləri tanımırıq. Lakin yəqin ki, ağdamlılar tanıyır.

.

Bu yazını oxuyan insanlardan xahiş edirik ki, şəklə diqqətlə baxsınlar, ağdamlı dost, tanış və qohumlarına göndərib onun qohumlarını tapmağa çalışsınlar. Ona görə ki, indi oxuyacaqlarınız daha dəhşətlidir. Çünki Niyazi Vəliyev təkcə xristianlığı qəbul etməyib, o, eyni zamanda ermənilər tərəfindən “verbovka” olunub.

Bu şəkildə gördüyünüz adamlar Belçika Krallığındakı erməni sektasının üzvləridirlər. Bu adamlar daim Azərbaycan dövləti və xalqı əleyhinə təbliğat aparırlar. Niyazi Vəliyevin sığındığı qadın isə mənəvi və dini anası, erməni Violetttoy Baqdasaryandı.

Niyazi Vəliyev təkcə ermənilərər sığınmaqla kifayətlənməyib. Təbii ki, ermənilər onu öz maraqları naminə istifadə edirlər. Onun dililə beynəlxalq mediada, Qərb mətbuatında Qarabağın erməni torpağı olduğunu, azərbaycanlıların daim erməniləri düşmən kimi gördüklərini, buna görə ermənilərlə azərbaycanlıların bir arada yaşamasınıın mümkünsüz olduğunu yazdırırlr.

Məsələn “Svet İstinı” (Həqiqət İşığı) adlı Londonda rus dilində nəşr edilən dini jurnalın 5 may tarixində Niyazinin adından açıqlama yayılıb. Açıqlamada Niyazi deyir: “Mən Azərbaycanda doğulmuşam. Valideynlərim hər zaman mənə deyirdilər ki, islam dini ən doğru dindi dünyada. Xristianlar, xüsusilə ermənilər yaxşı insanlar deyillər, onlara inanmaq olmaz. İslam dini bizim ürəyimizi və gözümüzü bağlayıb. Bu üzdən mən özümü axtardım və ölkəmdən qaçaraq uzaq Belçikaya gəldim. Gələndə düşünürdüm ki, məni xoşbəxt həyat gözləyir. Amma mən burda dostsuz, qohumsuz və köməksiz qaldım. Lakin Tanrı hər zaman mənimlə idi. Mən internetlə xristian kilsəsi axtardım və Filadelfiya kilsəsini tapdım. İnternetdə tanış olduğum Violettoy Baqdasaryan məni doğma oğlu kimi qəbul etdi. Kilsəyə daxil oldum. Burda qardaş və bacılarla tanış olduq. Artıq mən tək deyiləm.”

Amma bunlar hələ son deyil. Niyazi Vəliyev bu “xidmətlərinə” xüsusi sertifikatlarla da təmin edilir.

 Ona verilən bu sertifikatlar Niyazi Vəliyevin ciddi şəkildə antiAzərbaycan şəbəkəsinə çalışdığını ortaya qoyur. Davamlı olaraq Brüsseldə kilsəyə gedən bu şəxs ermənilərlə, özü demişkən qardaş-bacıları ilə görüşür. Həmin “qardaş- bacı”ların içində isə Ermənistanın Brüsseldəki səfirliyininkonsulluğununNATO yanındakı nümayəndəliyinin, bir çox dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələri olurlar. Təsəvvür edin ki, Azərbaycanla davamlı əlaqəsi olan bir şəxs Ermənistan xüsusi xidmət oranlarının əməkdaşlarının əhatəsindədir. Verilən hər bir tapşırığı canla-başla yerinə yetirir. Belə bir şəxsin Azərbaycan üçün nə qədər təhlükəli olduğunun fərqindədirmi görəsən, Azərbaycan hüquq mühafizə orqanları?

Təsəvvür edin ki, ona verilən bu sertifikat məhz ermənilərin iddia etdiyi qondarma soyqırım günü təqdim edilib. İmzalama tarixi 23 aprel 2019-cu ildi.

Sertifikatı imazalayan isə V.Baqdasaryandı. İndi özünüz düşünün ki, Niyazi Vəliyev Ağdam və Azərbaycanla bağlı hansı məlumatları verib ki, ona məhz qondarma soyqrım günü belə bir sertifikatı təqdim ediblər. Eyni zamanda adam nə qədər ləyaqətsiz olmalıdır ki, belə bir gündə erməni əlindən mküfat alsın. Axı bu Niyazinin doğulduğu Ağdam rayonundan cəmi bir neçə kilometr aralıda – 1992-ci ilin 26 fevral günü qoca-gənc demədən soyqrım törədilib. Nə qədər qansız olmaq lazımdır ki, bu qədər vicdansız olasan? 

Məlumata görə, bu şəkil 24 aprel qondarma soyqrım günü kilsədə çəkilib. Niyazi Vəliyev şam yandırıb, erməni “soyqrımını” anır.

Ən maraqlısı odur ki, Niyazi Vəliyev dayanmır. Dinini, millətini dəyişən bu adam Azərbaycan dövləti və xalqı əleyhinə xarici dini mediada çıxışlar edir. Sosial şəbəkələrdə müxtəlif adlar altında təbliğat aparır. Azərbaycanlıların dinini dəyişib erməni kilsəsinə pənah gətirməsinə çalışır. Yəni, bu adam sözün əsl mənasında bir agent, bir kilsə missioneridir.

Bu onun facebook profillərindən sadəcə biridir. Bir çox şəkilləri də ordan götürmüşük.

https://www.facebook.com/niyazi.valiyev.50

Sizlər də daxil olub bu missioner-agentin profilinə baxa bilərsiniz.

Bütün bu məqamları vurğulayaraq Qarabağ və Ağdam rayonundan olanlara müraciət edirik. Bu təhlükəli şəxslə əlaqəniz varsa və ya onu tanıyırsanız diqqətli olun. Azərbycan hüquq mühafizə orqanlarının isə başlarını koorrupsiya bataqlığından qaldırıb bu cür təhlükəli missioner agentlərlə məşöul olmalarını tövsiyyə edirik. Çünki sonra gec olacaq 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ko Pxi Pxi Don, Tailand

Redaktor seçimi

SON XƏBƏRLƏR