Slimfit
  1. DÜNYA

Ermənistanlı nazir yenə Türkiyədən şikayətçidir

Ermənistanlı nazir yenə Türkiyədən şikayətçidir
Sakura

Ermənistanlı nazir yenə Türkiyədən şikayətçidir

2009-cu ildə ilkin şərtlər olmadan Ermənistan – Türkiyə əlaqələrinin normallaşdırılması üçün Sürix protokolları imzalanmışdı

Ermənistan ilkin şərtlər olmadan Türkiyə ilə diplomatik münasibətlər qurmağa hazırdır. Sputnik Ermənistan xəbər verir ki, bunu Yerevanda bu gün keçirdiyi mətbuat konfransında Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan bildirib.

"Biz Türkiyə tərəfindən Sürix protokollarına riayət olunmamasının şahidi oluruq. Biz ilkin şərtlər olmadan diplomatik əlaqələrin qurulmasına hazırıq. Lakin bunun üçün hər iki tərəfin istəyi olmalıdır. Mən yaxşı xəbərlərin olmasını deyə bilmərəm", - deyə Mnatsakanyan bildirib.

Xatırladaq ki, 2009-cu ildə ilkin şərtlər olmadan Ermənistan – Türkiyə əlaqələrinin normallaşdırılması üçün Sürix protokolları imzalanmışdı. Lakin bu razılaşma sonradan elə kağız üzərində də qaldı.




Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəkil çəkən it

Redaktor seçimi

SON XƏBƏRLƏR