Dərc edildi: Baxış sayı: 544
Ermənistanlı hakim-inspektor 'Neftçi'nin oyununa təyinat alıb
“Neftçi”nin UEFA Avropa Liqasının I təsnifat mərhələsində Moldova təmsilçisi “Sperantsa” ilə səfər matçının təyinatları açıqlanıb.
“Report” xəbər verir ki, oyun Şimali İrlandiyadan olan hakimlər briqadasına tapşırılıb. Referi Tim Marşal olacaq. Ona Pol Robinson və Odri Neteri kömək edəcəklər. Dördüncü hakim funksiyasını Tomas Entoni Klark yerinə yetirəcək.
UEFA nümayəndəsi Anna Bordyuqova (Ukrayna), hakim-inspektor isə Gevorq Hovhannisyan (Ermənistan) olacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət