Slimfit
  1. SİYASƏT

Ermənistanın növbəti təxribatı Yaponiyada yaşayan azərbaycanlılar tərəfindən etirazla qarşılanıb

Ermənistanın növbəti təxribatı Yaponiyada yaşayan azərbaycanlılar tərəfindən etirazla qarşılanıb
Sakura

Ermənistanın növbəti təxribatı Yaponiyada yaşayan azərbaycanlılar tərəfindən etirazla qarşılanıb

Tokioda fəaliyyət göstərən Azərbaycan-Yaponiya Dostluq Mərkəzi Ermənistan silahlı qüvvələrinin sentyabrın 27-də genişmiqyaslı təxribat törədərək, cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini, Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çiraqlı və Orta Qaravənd, Füzuli rayonunun Alxanlı, Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması ilə bağlı bəyanat yayıb.

Ens.az xəbər verir ki,bu barədə AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbirinə Mərkəzin sədri, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü Xəlil Kələntər məlumat verib.

Bəyanatda deyilir ki, Ermənistan tərəfinin növbəti təxribatı, qanlı cinayəti Yaponiyada yaşayan azərbaycanlılar tərəfindən etirazla qarşılanıb və qətiyyətlə pislənilib. Bu təxribatlara görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Sənəddə vurğulanır ki, xarici dövlətlərin əlində oyuncağa çevrilən Ermənistan Azərbaycanın 1990-cı illərin əvvəllərindəki ölkə olmadığını bilməlidir. İndi Azərbaycanın güclü ordusu, praqmatik, dərin zəkalı Ali Baş Komandanı var. Azərbaycan Ordusu Ali Baş Komandanının əmri ilə işğal altında olan torpaqlarını azad etməyə qadirdir.

Qeyd edilir ki, münaqişənin daim sülh yolu ilə həllinə tərəfdar çıxan Azərbaycanın səbir kasası artıq dolub. Ölkəmiz artıq erməni təxribatlarına dözməyəcək və düşmənə layiqli cavab verəcək. Biz bunu 2016-cı ilin Aprel döyüşlərində, bu ilin iyulunda Tovuz rayonu istiqamətində gedən döyüşlərdə, eləcə də bu gün görürük. Azərbaycan Ordusu nəinki ermənilərin hücumunu dayandırdı, hətta əks-hücumla bir neçə yaşayış məntəqəsini işğaldan azad etdi.

İşğal altındakı torpaqlarımızı azad etmək Azərbaycan dövlətinin və xalqımızın haqq, ədalət işidir.

Bəyanatın sonunda Azərbaycan-Yaponiya Dostluq Mərkəzi beynəlxalq ictimaiyyəti Azərbaycan torpaqlarında ədaləti bərpa etməyə, xalqımızın haqq işində ona dəstək olmağa çağırır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

San Fransiskoda yerləşən bir şirkətin laboratoriyada toyuq tükündən hazırladığı toyuq əti

Redaktor seçimi

SON XƏBƏRLƏR