Slimfit
  1. HƏRB

Ermənistanın mülki əhalini atəşə tutması onun terrorçu və anti-insani mahiyyətini göstərir

Ermənistanın mülki əhalini atəşə tutması onun terrorçu və anti-insani mahiyyətini göstərir
Sakura

Ermənistanın mülki əhalini atəşə tutması onun terrorçu və anti-insani mahiyyətini göstərir

Sentyabrın 27-dən etibarən Ermənistan silahlı qüvvələri Azərbaycana məxsus bəzi yaşayış məntəqələrini intensiv şəkildə atəşə tutur. Bu da işğalçı dövlətin beynəlxalq hüquq normalarına, habelə müharibə qaydalarına əməl etmədiyini göstərir. Ermənistanın mülki əhalini atəşə tutması onun terrorçu və anti-insani mahiyyətini göstərir.

Ens.az AZƏRTAC-a istinadən xəbər verir ki,bunu Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov deyib.

Cəlil Xəlilov qeyd edib ki, sentyabrın 27-dən Azərbaycan Ordusu tərəfindən həyata keçirilən uğurlu əks-hücum əməliyyatları bu gün də davam etməkdədir. Ordumuzun sarsıdıcı zərbələri nəticəsində həm canlı qüvvə, həm də texnika baxımından böyük itkilər verən düşmən əsgərləri geri çəkilərək döyüş mövqelərini qoyub qaçmaqdadır. Bununla yanaşı, düşmən belə təxribatlara əl atmaqla, mülki vətəndaşlarımızı atəşə tutmaqla qeyri-insani xislətini, beynəlxalq hüquqa, ali bəşəri dəyərlərə zərrə qədər də olsun hörmət etmədiyini nümayiş etdirir. BMT-nin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dörd qətnaməsinin heç birini icra etməyən Ermənistan mülki insanları atəşə məruz qoymaqla yeni-yeni cinayətlər törədir. Lakin Ermənistan bilməlidir ki, Azərbaycan Ordusu erməni faşizminin layiqli cavabını verəcək və onu etdiyi hər cinayətinə, vəhşiliyinə görə cəzalandıracaq.

Polkovnik bildirib ki, bu gün Azərbaycan xalqının ordumuz və Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ətrafında sıx birləşməsi, minlərlə gəncin hərbi əməliyyatlarda könüllü şəkildə iştirak etməklə bağlı dövlət qurumlarına müraciəti xalqımızın yüksək əhval-ruhiyyəsindən, mübarizə əzmindən xəbər verir. Hazırda hər bir ailə başçısı övladının ön xətdə olmasından, düşmənə qarşı fəal hərbi əməliyyatlara qatılmasından iftixar hissi keçirir. Düşmən onun tamamilə darmadağın olacağı, Azərbaycan Ordusunun mərhəmətinə möhtac olacağı günün uzaqda olmadığını bilməlidir.

“Ermənistanın terrorçu mahiyyəti, onun yalnız Azərbaycan üçün deyil, bölgədəki hər bir dövlət üçün təhdid və təhlükə mənbəyi olması region dövlətləri tərəfindən də dərk edilməlidir. Onlar anlamalıdırlar ki, qonşu dövlətlərə qarşı davamlı şəkildə ərazi iddiaları irəli sürən, ərazisində terror təşkilatları yerləşdirən Ermənistan onlar üçün də böyük təhlükədir. Odur ki, region dövlətləri də Azərbaycanın haqq işini tam şəkildə müdafiə etməli, terrorçu Ermənistana təzyiq göstərməklə onun neytrallaşdırılmasına nail olmalıdır. Regionda sülhü və təhlükəsizliyi təmin etməyin yeganə yolu məhz budur”, - deyə polkovnik C.Xəlilov vurğulayıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1989-cu ildə üç rəngli bayrağımız ilk dəfə Gəncə Şəhər İcra Hakimiyyəti binasının üzərində dalğalanmışdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR